Beyrut,ArabAZ

İsrailin Livanın cənubuna hərbi hava reydləri zamanı 100 nəfər ölüb, 400 nəfər yaralanıb, ArabAZ xəbər verir ki, ölkənin müvəqqəti hökumətinin baş naziri Nəcib Mikati İsrailin bu adımını qınayıb və əahlinin Hizbullah bazalarında uzaq durmağa çağırıb.

“İsrailin Livana qarşı uzunmüddətli təcavüzü sözün hər mənasında soyqırım müharibəsidir və kənd və şəhərləri məhv etməyə yönəlmiş dağıdıcı plandır”. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasını buna qarşı tədbir görməyə çağırırq”-deyə o bildirib.

Qeyd edək ki, bu  gün  İsrail ordusu bu gün səhər saat 6:30-dan (GMT 03:30) başlayaraq bir saat ərzində Livandakı Hizbullah hədəflərinə 150-yə yaxın basqın həyata keçirdiyini bildirib.

Hizbullah və İsrail arasındakı qarşıdurmaların intensivliyi keçən həftə İsrailə aid edilən əməliyyatda partiya üzvlərinin istifadə etdiyi minlərlə rabitə qurğusuna təsir edən bir sıra partlayışlar və sonuncunun liderləri hədəf alan hava hücumu elan etməsi ilə daha da artıb. Hizbullah əsasən İran tərəfindən dəstəklənir.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version