Sudan,ArabAZ

Sudan Suverenlik Şurasının sədri general-leytenant Əbdülfəttah Əl-Burhan Əbdül Rəhman Misir Baş Kəşfiyyatının rəhbəri Abbas Kamel ilə ilə görüşüb. ArabAz xəbər verir ki, görüşdə Suverenlik Şurasının sədri Misirin iki qardaş ölkə və xalqı birləşdirən tarixi və qardaşlıq ikitərəfli əlaqələri çərçivəsində Sudandakı qardaşlarına dəstək və yardımda öncül rolunu yüksək qiymətləndirib.

 Görüşdə Sudan-Misir münasibətləri və iki ölkənin üzləşdiyi problemlər müzakirə olunub.

Misir kəşfiyyatının rəhbəri ölkəsinin Sudanın təhlükəsizliyi və sabitliyinə diqqət yetirdiyini vurğulayıb və Sudanda müharibənin tez bir zamanda bitəcəyinə ümid etdiyinin bildirib.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version