Beyrut,ArabAZ

Hizbullah lideri Həsən Nəsrullah cümə axşamı İsraili günahlandırdığı hücumlarda minlərlə rabitə qurğusunun partlaması nəticəsində qrupunun “görünməmiş” güclü zərbə aldığını etiraf edib. ArabAZ xəbər verir ki, çərşənbə axşamı və çərşənbə günü Livanı çaxnaşmaya salan hücumlardan sonra çıxış edən Nəsrullah, İsrailin hücumlara görə “layiqli cəza” alacağı ilə bağlı xəbərdarlıq edib.

Hücumları mümkün “müharibə aktı” kimi xarakterizə edən Nəsrullah, İsrailin “gözlədiyi və gözləmədiyi yerdə sərt cəza alacağını” deyib.

“Bu, müharibə cinayəti və ya müharibə elanı ola bilər” –deyə o bildirib.

Qeyd edək ki,  İsrail iki gün ərzində Livanda 37 nəfərin ölümünə və 3000-ə yaxın insanın yaralanmasına səbəb olan hücumlara münasibət bildirməyib, lakin Qəzzada apardığı müharibənin əhatə dairəsini Livan cəbhəsini də əhatə edəcək şəkildə genişləndirəcəyini bildirib.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version