Bakı, ArabAZ

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 40 min 972-yə yüksəlib.

ArabAZ xəbər verir ki, bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi açıqlama verib.

İsrail ordusunun son 24 saatda Qəzza zolağının müxtəlif bölgələrində “3 hücum” həyata keçirdiyi və bu hücumlarda daha 33 fələstinlinin həyatını itirdiyi, 145 fələstinlinin isə yaralandığı bildirilib.

Qeyd edilib ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 40 min 972, yaralıların sayı isə 94 min 761-ə yüksəlib.

Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version