Bazar ertəsi, 17 Avq 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Səudiyyə Ərəbistanı » Qırmızı dənizdə növbəti təxribat: “Encelia” gəmisi vuruldu

Qırmızı dənizdə növbəti təxribat: “Encelia” gəmisi vuruldu

İyul 24, 2026 4:02 səhər
Paylaş
Paylaş

Husi yaraqlıları Qırmızı dənizdə üzən Səudiyyə şirkətinə məxsus “Encelia” gəmisinə hücum edərək regionda gərginliyi artırıblar; hücum nəticəsində gəminin ön hissəsində yanğın baş verib.

ArabAZ xəbər verir ki, Səudiyyə Nəqliyyat Qurumunun rəsmisi bu cür hücumların ticarət gəmilərinin və onların heyətinin təhlükəsizliyini təmin edən beynəlxalq qanun və normanın kobud şəkildə pozulması olduğunu vurğulayıb. Rəsmi şəxs gəmi heyətinin bütün üzvlərinin təhlükəsizlikdə olduğunu, aidiyyəti qurumların gəminin, heyətin təhlükəsizliyini təmin etmək və dəniz ətraf mühitini qorumaq üçün bütün zəruri tədbirləri gördüyünü təsdiqləyib.

İranın “qardaşlıq və vəhdət” adı altında ədavət sənəti

Yəmən hökuməti bəyan edib ki, “Husilərin mülki gəmiləri və qlobal enerji təchizatını hədəf alan hücumları açıq şəkildə öz üzərinə götürməsi bu silahlı qruplaşmanın terrorçu mahiyyətini bir daha sübut edir, onların regional və beynəlxalq təhlükəsizliyi hədələməkdə, Yəmən xalqının resursları ilə qumar oynamaqda və humanitar əzabları dərinləşdirməkdə israrlı olduğunu göstərir”.

  • Kamera önündəki tərəddüd: “İnkişaf Yolu”-nun arxasındakı nüfuz döyüşü və Bakı-Ankara-Bağdad oxu
  • Prezident İlham Əliyev Mərakeş Kralını və xalqını təbrik edib
  • Suriyanın şimal-şərqində aşirət səfərbərliyi nəyə işarə edir?
  • Könül Xasıyeva sənətinin ərəb musiqisindəki dəqiq analoqu kimdir?
  • Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu siyasətlə vidalaşdı
  • İsraildə parlament seçkilərində əsas iddiaçılar kimlərdir?

Böyük Britaniya Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsindəki paylaşımında qruplaşmanın əməllərini “insan həyatını təhlükəyə atan, ekoloji fəlakət və regionda sabitliyin pozulması riski yaradan düşünülməmiş addım” adlandırıb və bunu “beynəlxalq hüququn ciddi pozuntusu” kimi qiymətləndirib.

 Husilərin yay düşərgələri-Yəməndə məhv edilən uşaqlar

Avropa İttifaqının xarici siyasət rəhbəri Kaja Kallas da bəyanatında hücumun “qəbuledilməz və qanunsuz olduğunu, regionda onsuz da gərgin olan vəziyyəti daha da alovlandırdığını” bildirərək husiləri beynəlxalq gəmiçiliyi və dənizçilərin həyatını təhlükəyə atmamağa çağırıb.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

BƏƏRedaktorun seçimi

Azərbaycan və BƏƏ əməkdaşlıq planlarını yenilədi

Müəllif:
ArabAZ News
Redaktorun seçimiTəhlil

Sudan islamçıları yol ayrıcındadır

Müəllif:
ArabAZ News
Səudiyyə Ərəbistanı

Səudiyyədə Ərəbistanında 1200 illik Kufi kitabəsi tapılıb

Müəllif:
ArabAZ News
Redaktorun seçimiSəudiyyə Ərəbistanı

Səudiyyə azərbaycanlı tələbələr üçün təqaüd proqramı elan edib

Müəllif:
ArabAZ News
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.