Bakı,ArabAZ

Livanlı milyarder, dövlət xadimi və siyasətçi Saad al-Din Rafiq əl-Həriri ( ərəb : سعد الدين رفيق الحريري) 18 aprel 1970-ci ildə, Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində doğulub.

2009-2011 və 2016-2020-ci illərdə Livanın Baş naziri olub.Livanın sui-qəsd nəticəsində öldürülən baş naziri Rəfiq Həririnin ikinci oğludur Saad əl-Həriri. Atasının ölümündən sonra 28 aprel 2005-ci ildə atasının yaratdığı “Gələcək Hərəkatı” (تيار المستقبل) partiyasına, eləcə də Livan 14 Mart Koalisiyasına rəhbərlik edib .
28 iyun 2005-ci ildən Beyrut seçki dairəsindən Livan parlamentinin üzvü olan əl-Həriri bir neçə il xaricdə olub və 2014-cü il avqustun 8-də Livana qayıdaraq, 2016-cı il noyabrın 3-də baş nazir vəzifəsinə təyin edilib.
Saad ərəb dilindən əlavə ingilis və fransız dillərini bilir. Corctaun Universitetini Biznesin İdarə Edilməsi üzrə bitirib. 2005-ci ilin fevralında atası öldürüləndə onun sərvəti 4,1 milyard dollar idi. Forbes jurnalına görə o, dünyanın ən varlı adamları siyahısında 522-ci yerdədir.

Siyasi karyerasına başlamazdan əvvəl Həriri Yaxın Şərq və Afrikada telekommunikasiya xidmətləri göstərən Oger Telecom şirkətinin prezidenti vəzifəsində çalışıb. O, Omnia Holdings İdarə Heyətinin sədri, Oger International Entreprise de Travaux Internationaux, Saudi Oger, Saudi Investment Bank, Saudi Research and Marketing Group və Future Television idarə heyətinin üzvü olub.
Saad Həriri 9 noyabr 2009-cu ildən 2011-ci il iyunun 13-dək Livanın baş naziri olub.
12 yanvar 2011-ci ildə Saad Həriri Barak Obama ilə şəkil çəkdirdikdən qısa müddət sonra müxalifət partiyaları hökumətin sərt qərarlar qəbul edə bilməməsinə etiraz etmək üçün Livanın vahid kabinetindən ayrıldılar.
Bu, hökumətin dağılmasına səbəb olub. Hizbullahın hökumətdən çıxması Rafik Həririnin öldürülməsi ilə bağlı aparılan araşdırmalar nəticəsində mübahisələrə səbəb oldu

Həriri dörd ay baş nazir səlahiyyətlərini icra edib. Livanın yeni hökuməti 2011-ci il iyunun 13-də Nəcib Mikatinin rəhbərliyi ilə formalaşıb .

İki ildən çox davam edən durğunluqdan sonra Livan prezidenti postunu 8 Mart koalisiyasının namizədi Mişel Aun tutdu . İnauqurasiyadan qısa müddət sonra o, Həririnin ikinci dəfə baş nazir təyin edilməsi haqqında fərman imzaladı və  vəzifə icrası 2016-cı il dekabrın 18-də baş tutdu.

Saad 4 noyabr 2017-ci ildə bir ay ərzində ikinci dəfə Ər-Riyada səfərdə olarkən televiziya ilə çıxışında İranı ərəb işlərinə qarışmaqda günahlandırdı və istefasını elan etdi.

Hadisədədn bir neçə gün sonra, Səudiyyə Ərəbistanının hakimiyyət orqanları krallıq vətəndaşlarının dərhal Livanı tərk etmələrini tələb edib. Livan hökumətinin anonim nümayəndələri mətbuatda Həririnin Səudiyyə hakimiyyətinin təzyiqi altında olması və hərəkət azadlığının olmaması barədə fikirlərini bildiriblər.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version