Dəməşq,ArabAZ

Suriya və İranın Müqavimət Oxuna daxil olan və İsrailə qarşı mübarizə aparan ölkələrin hamısı eyni  gəmidədir. ArabAZ xəbər verir ki, bunu Suriyanın müdafiə naziri, general Əli Mahmud Abbas deyib.

O qeyd edib ki. müqavimət oxuna daxil olan ölkələr İran ilə əlaqələrini daha da gücləndirəcəklər.
İran və Suriya müdafiə nazirləri arasında telefon danışığı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Moskva Suriya rejimi ilə Türkiyə arasında münasibətlərin normallaşmasında maraqlıdır” deyərək “yaxın vaxtlarda yeni görüşün keçiriləcəyini” vurğuladıqdan bir neçə saat sonra olub.

Qeyd edək ki , Suriyanın müdafiə naziri, general Əli Mahmud Abbas İsraillə müharibənin genişləndirilməsi imkanlarının artması və İsrailin Suriya ərazilərində İran İnqilabı Keşikçiləri və Hizbullaha sadiq qüvvələri hədəfə alan zərbələrinin artması fonunda keçən mart ayında Tehrana səfər etmişdi.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version