Cümə, 24 İyl 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Redaktorun seçimi » Səudiyyə Ərəbistanı və 7 ölkədən İsrailə birgə sərt bəyanat

Səudiyyə Ərəbistanı və 7 ölkədən İsrailə birgə sərt bəyanat

İyul 24, 2026 4:35 səhər
Paylaş
Paylaş

Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Pakistan, İndoneziya, Türkiye, Qətər və BƏƏ-nin xarici işlər nazirləri birgə bəyanat yayıblar. Onlar İsrailin Əl-Əqsa məscidində gərginliyi artırmasını ən kəskin şəkildə pisləyiblər.

Minlərlə radikal  yəhudi və Ben-Qvir Əl-Əqsa məscidinə basqın etdi

ArabAZ xəbər verir ki, bəyanatda radikal İsrail nazirlərinin və məskunlaşanların Əl-Əqsaya kütləvi basqınları pislənilib. İsrail polislərinin məscid həyətində bayraq qaldırması və çadırlar qurması təxribat kimi qiymətləndirilib. Nazirlər bu addımların beynəlxalq hüququ və BMT qətnamələrini kobud şəkildə pozduğunu bildiriblər. Ayrıca, Şərqi Qüdsdəki müqəddəs məkanların tarihi statusunun tapdalandığı vurğulanıb.

İsraildə yüksələn dini radikalizm və qadağan olunan siyasi islam

XİN rəhbərləri radikal qrupların və nazirlərin zorakılıq çağırışlarını da pisləyiblər. Onlar xəbərdarlıq ediblər ki, bu əməllər nifrət və ekstremizmi alovlandırır. Eyni zamanda, iki dövlətli həll əsasında sülh qurmaq səylərinə böyük zərbə vurur.

  • Salman Rüşdi məhkəmədə ifadə verib
  • ONE Championship və Visit Qatar tərəfdaşlıq müqaviləsini yeniləyib
  • 20-ci Asiya Oyunlarında Qətər komandalarının rəqibləri bəlli oldu
  • Qətərdə rəqəmsal ödənişlərdə kəskin artım qeydə alınıb – Mərkəzi Bank
  • Əfrah Əbdüləziz əz-Zubə xarici işlər naziri təyin olundu
  • Britaniya siyasətini sarsıdan adam-Məhəmməd əl-Fayed kimdir?

Köhnə Şəhərə və ibadət yerlərinə qoyulan məhdudiyyətlər də sert tənqid olunub. Nazirlər bunun beynəlxalq humanitar hüquqa zidd olduğunu bildiriblər. İsrailin işğal olunmuş Qüds və oradakı müqəddəs yerlər üzərində heç bir suverenliyi olmadığı xüsusi qeyd edilib.

Bəyanatda İsrailin Şərqi Qüdsün demoqrafik və hüquqi xarakterini dəyişmək cəhdləri rədd edilib. Nazirlər Haşimi qəyyumluğunun tarixi rolunu bir daha tanıyıblar. 144 dönümlük Əl-Əqsa ərazisinin yalnız müsəlmanlara aid olduğu xatırladılıb. Məscidin idarəçiliyinin isə yalnız İordaniyaya tabe olan Qüds Vəqfləri İdarəsində olduğu vurğulanıb.

  • Ərəb caz sənəti: Şərq məqamları ilə Qərb ritmlərinin sintezi
  • Yaxın Şərqin enerji xəritəsi-Sərhədləri birləşdirən iqtisadi model
  • İran hər gün nə qədər pul itirir ?
  • Səudiyyənin “Gimmix” rok qrupu ilk dəfə beynəlxalq turneyə çıxıb

Sonda İsrailə çağırış edilib. Müsəlmanların ibadətinə qoyulan məhdudiyyətlər dərhal qaldırılmalıdır. Nazirlər beynəlxalq birliyi də İsrailin qanunsuz əməllərini dayandırmaq üçün qətiyyətli addımlar atmaya səsləyiblər.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Redaktorun seçimiSuriyaYaxın Şərq

Hələbdə 15 il sonra Kənd Təsərrüfatı Sərgisi yenidən başladı

Müəllif:
ArabAZ News
Redaktorun seçimiTəhlil

Ərəb trilyonları ABŞ-ın cibində: 2 trilyonluq ortaqlığın gizli tərəfləri

Müəllif:
ArabAZ News
İranLivanRedaktorun seçimiTəhlilYaxın Şərq

Livan cəbhəsindəki İran izinin şok detalları

Müəllif:
ArabAZ News
BƏƏKüveytOmanQətərRedaktorun seçimiSəudiyyə Ərəbistanı

Məhəmməd bin Salman Körfəz liderlərini topladı

Müəllif:
ArabAZ News
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.