Əmman,ArabAZ

Dünən İordaniyalı bir yük maşını sürücüsü tərəfindən həyata keçirilən və Allenbi keçidində üç israillinin ölümü ilə nəticələnən silahlı hücumdan sonra İsrail, fələstinlilərin istifadə etməsinə icazə verdiyi yeganə sərhəd keçid məntəqəsini bağlayıb. ArabAz xəbər verir ki,keçid məntəqəsinin bağlanmasından sonra sərhəd keçid məntəqəsində güclcü sıxlıq yaranıb.
Hücumla bağlı ilk şərhində İsrailin baş naziri Benyamin Netanyahu “Yaxın Şərqdə qılınc olmadan yaşamaq mümkün deyil” deyib və İranı İsraili “qanlı ideologiya” ilə mühasirəyə almaqda ittiham edib.
İordaniya Daxili İşlər Nazirliyi öz növbəsində bildirib ki, hadisə ilə bağlı ilkin araşdırmalar onu törədənin İordaniyadan İordan çayının qərb sahilinə ticarət malları daşıyan Maher Əl-Cazi adlı İordaniya vətəndaşıdır.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version