Çərşənbə, 29 İyl 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Yaxın Şərq » Avropadan Dəməşq və Hələbə birbaşa reyslər başlayır

Avropadan Dəməşq və Hələbə birbaşa reyslər başlayır

İyul 29, 2026 5:45 axşam
Paylaş
Paylaş

Almaniyanın “LEAV Aviation” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin çərşənbə günü Dəməşq Beynəlxalq Hava Limanına eniş etməsi ilə Düssekldorf şəhəri Suriya Ərəb Respublikası ilə birbaşa hava əlaqəsi yaradılan dördüncü Avropa şəhəri (Amsterdam, Buxarest və Moskvadan sonra) olub.

  • Könül Xasıyeva sənətinin ərəb musiqisindəki dəqiq analoqu kimdir?
  • Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu siyasətlə vidalaşdı
  • İsraildə parlament seçkilərində əsas iddiaçılar kimlərdir?

Bu reyslə vətəndaş müharibəsi səbəbindən Dəməşqin Rusiya paytaxtı istisna olmaqla, Avropa şəhərlərindən təcrid olunduğu təxminən 14 illik fasilədən sonra Almaniya ilə Suriya arasında birbaşa aviasiya marşrutu bərpa edilib.

note icon

Ən çox oxunan

  • Qətərin dəniz nəqliyyatı sektorunda 28 faizlik artım
  • Bu gün ABŞ İraqın işğalına başladı, buna iran da dəstək oldu
  • Bağdad ABŞ və İran arasında vasitəçiliyə hazırdır -XİN
  • Salman Rüşdi məhkəmədə ifadə verib

“LEAV Aviation” aviaşirkəti 1 avqust tarixində Almaniyanın Kölən şəhəri ilə Suriyanın ikinci ən böyük hava limanına ev sahibliyi edən Hələb şəhəri arasında növbəti reysin həyata keçirilməsini planlaşdırıb.

ArabAZ xəbər verir ki, Suriya Ərəb Xəbər Agentliyinin (SANA) verdiyi məlumata görə, Almaniyanın digər bir aviaşirkəti olan “Sundair” isə 1 avqust tarixindən Berlin və Dəməşq, 1 oktyabr tarixindən isə Berlin və Hələb arasında birbaşa uçuşlara başlayacaq.

Həmçinin oxuyun

Hizbullah silahları yaşayıq məntəqələrində gizlədir
Zəvvarlar bu qaydalara riayət etməlidir
Səudiyyə Əmman və Səna arasında uçuşların bərpasını alqışlayıb

Suriya Mülki Aviasiya və Hava Nəqliyyatı Baş İdarəsi bildirir ki, yeni marşrutların suriyalılar və Almaniyadan bu ölkəyə səfər edən turistlər üçün əlavə səyahət imkanları yaradacağı gözlənilir. Qeyd edək ki, Almaniya Qərbi Avropada ən çox suriyalı qaçqına ev sahibliyi edən ölkədir; hazırda bu ölkədə ən azı 1 milyon suriyalı məskunlaşıb.

Keçən il Rumıniyanın “Dan Air” aviaşirkəti Buxarest-Dəməşq marşrutu üzrə uçuşlar həyata keçirməklə Avropa İttifaqından Suriyaya müntəzəm reysləri bərpa edən ilk hava daşıyıcısı olmuşdu.

2011-ci ildə başlayan və 2024-cü ilin dekabrında Prezident Bəşər Əsəd rejiminin süqutu ilə başa çatan Suriya vətəndaş müharibəsi iri aviaşirkətlərin bu ölkəyə olan uçuş marşrutlarını ləğv etməsinə və nəticədə Suriyanın dünyadan təcrid olunmasına gətirib çıxarmışdı. Suriyalılar digər ölkələrə getmək üçün quru yolu ilə sərhədi keçərək Livan və İordaniyadakı yaxın hava limanlarından istifadə etmək məcburiyyətində qalırdılar.

Suriya Prezidenti Əhməd əş-Şəraa bu ilin mart ayında Almaniya Kansleri Fridrix Merts və Prezident Frank-Valter Ştaynmayyer ilə görüşərək Berlinin sərmayə qoyuluşlarını və suriyalı qaçqınların ölkələrinə qaytarılması (repatriasiyası) səylərini müzakirə etmişdi.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

BƏƏSuriyaYaxın Şərq

BƏƏ Dəməşqdə törədilən terror partlayışını pisləyib

Müəllif:
ArabAZ News
Redaktorun seçimiSəudiyyə Ərəbistanı

Səudiyyə illik borclanma planının tamamlandığını elan edib

Müəllif:
ArabAZ News
Redaktorun seçimiSəudiyyə Ərəbistanı

Bab əl-Məndəb boğazında ticarət gəmiləri qorunacaq

Müəllif:
ArabAZ News
Arab+ArabLyricsRedaktorun seçimi

Şərqin iki vokal məktəbi-Şövkət Ələkbərova və Feyruzun paralelləri

Müəllif:
ArabAZ News
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.