Yəməndə legitimliyin bərpasını dəstəkləyən Koalisiyanın Birləşmiş Qüvvələr Komandanlığı Bab əl-Məndəb boğazından keçən ticarət gəmilərinin təhlükəsizliyinin təmin ediləcəyini və bütün təhdid mənbələrinə qarşı qətiyyətlə tədbirlər görüləcəyini açıqlayıb.
ArabAZ xəbər verir ki, koalisiyanın rəsmi nümayəndəsi, general-mayor Türki əl-Maliki bildirib ki, komandanlıq beynəlxalq humanitar hüququn normalarına və 1982-ci il BMT-nin Dəniz Hüququ Konvensiyasına (UNCLOS) uyğun olaraq əməliyyat tədbirləri həyata keçirir.
Məqsəd Bab əl-Məndəb boğazından tranzit keçən ticarət gəmilərinin təhlükəsizliyini təmin etməkdir.
Bəyanatda Yəmən limanları və hava limanlarının bağlanması ilə bağlı iddiaların husilərin dezinformasiyası olduğu vurğulanıb. Bildirilir ki, 2026-cı ilin ilk yarısında 300-dən çox ticarət gəmisi Hudeydə, Səlif və Ras İsa limanlarına ərzaq, müxtəlif mallar, yanacaq və tikinti materialları çatdırıb.
Koalisiya həmçinin qeyd edib ki, Səna Beynəlxalq Hava Limanının fəaliyyətinin dayanmasına, Yemenia Hava Yollarının təyyarə parkının məhv edilməsinə və hava əlaqəsinin bərpası ilə bağlı təşəbbüslərin qarşısının alınmasına görə məsuliyyət husilərin üzərinə düşür.
- Husilərin “mühasirə” yalanı və Yəməndəki real vəziyyət
- Süni intellekt bumu və iqtisadi artım dollara tələbatı artırır-QNB
- İranın hücumlarına qarşı altı Körfəz ölkəsi hansı adımı atır?
- Səudiyyə yay festivalında hansı yerli ənənələr nümayiş olundu?
- Bab əl-Məndəb boğazında ticarət gəmiləri qorunacaq
- Livan siyasi həyatına qayıtmaq istəyən Saad Əl-Hariri kimdir
Açıqlamada bildirilib ki, Koalisiya Bab əl-Məndəb boğazından keçən gəmilərin mühafizəsi üçün xüsusi təhlükəsizlik tədbirlərinin icrasına başlayıb. Husilər tərəfindən tranzit gəmilərinə qarşı ediləcək hər hansı təhdid və hücumlara operativ və qəti cavab veriləcəyi vurğulanıb.
Bəyanatın sonunda qeyd olunur ki, beynəlxalq gəmiçiliyə qarşı bu cür hücumlar beynəlxalq hüququn kobud şəkildə pozulması hesab edilir və dəniz quldurluğu xarakteri daşıyır.

