5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Gündəm
Gündəm

ABŞ Konqresi əməkdaşlarına "WhatsApp"dan istifadə etməyi qadağan edib

ABŞ Konqresinin Nümayəndələr Palatası əməkdaşlarına Meta şirkətinə məxsus "WhatsApp" messencerindən istifadə etməmələri tövsiyə olunub.

24 İyun 2025 13:30
ABŞ Konqresi əməkdaşlarına "WhatsApp"dan istifadə etməyi qadağan edib

BAKI, AzerVoice

ABŞ Konqresinin Nümayəndələr Palatası əməkdaşlarına Meta şirkətinə məxsus "WhatsApp" messencerindən istifadə etməmələri tövsiyə olunub.

AzerVoice xəbər verir ki, bu barədə "Financial Times" daxili yazışmalara istinadən məlumat yayıb.

Nümayəndələr Palatasının baş inzibati direktoru Ketrin Şpindor bazar ertəsi əməkdaşlara göndərdiyi məktubda "WhatsApp"ın istifadəçilər üçün yüksək risk daşıyan tətbiq hesab edildiyini bildirib.

30 iyun tarixindən etibarən Palataya məxsus noutbuk və mobil cihazlarda "WhatsApp"ın yüklənməsi və saxlanması qadağan olunacaq. Proqram artıq yüklənmiş olan cihazlardan silinməlidir.

Qərar messencerin istifadəçi məlumatlarının qorunması baxımından kifayət qədər şəffaf olmaması, saxlanılan məlumatların şifrələnməməsi və təhlükəsizlik sahəsində potensial risklər səbəbilə qəbul olunub.

Meta şirkəti bu yanaşma ilə qəti razılaşmadığını bildirib. Şirkətin nümayəndəsi deyib ki, "WhatsApp" mesajları avtomatik olaraq ucdan-uca şifrələnir və bu səbəbdən nə şirkət, nə də üçüncü tərəflər bu məlumatları oxuya bilməz. O həmçinin əlavə edib ki, "WhatsApp" Palatanın icazə verdiyi bir çox digər tətbiqlərdən daha təhlükəsizdir.

Həmin icazə verilmiş tətbiqlər arasında "Microsoft Teams", "Signal", "iMessage", "FaceTime" və "Wickr" yer alır. "Meta"nın məlumatına görə, "WhatsApp" ABŞ Senatında hələ də rəsmi istifadə üçün təsdiqlənmiş tətbiq olaraq qalır.

Ketrin Şpindor qeyd edib ki, Nümayəndələr Palatasının müdafiəsi onlar üçün əsas prioritetdir və kibertəhlükəsizlik sahəsində mümkün risklər daim nəzarətdə saxlanılır. Onun sözlərinə görə, Palatada icazə verilmiş tətbiqlərin siyahısı mütəmadi olaraq yenilənir və vəziyyətə uyğun olaraq dəyişdirilə bilər.

Məqalədə: #ABŞ #ABŞ Konqresi #WhatsApp

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.