5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Gündəm
Gündəm

Roma Papası yay tətilini iqamətgahında keçirəcək: Ənənə 12 ildən sonra yenidən canlandırıldı

Papa XIV Leo, bu gün, 6 həftəlik tətildə olmaq üçün yay iqamətgahına getməyi planlaşdırır.

6 İyul 2025 19:31
Roma Papası yay tətilini iqamətgahında keçirəcək: Ənənə 12 ildən sonra yenidən canlandırıldı

BAKI, AzerVoice

Papa XIV Leo, bu gün, 6 həftəlik tətildə olmaq üçün yay iqamətgahına getməyi planlaşdırır.

AzerVoice-un məlumatına görə, bununla o, təpə başında yerləşən Kastal Qandolfo şəhərinin mövqeyini bərpa etməyə töhfə vermiş olacaq. Bu şəhər, mərhum Papa Fransiskin 12 il davam edən pontifikat dövrü ərzində ziyarət edilməmişdi.

Vatikan papası bu gün günorta saatlarında etdiyi moizə zamanı Roma ilə vidalaşdı və qısa bir istirahət dövrü keçirəcəyini bildirdi.

Leo, Müqəddəs Pyotr meydanına baxan pəncərədən əhaliyə səsləndi: “Ümid edirəm ki, hamı fiziki və psixoloji sağlamlığı bərpa etmək üçün tətildən yararlana bilər.”

Beləliklə, 69 yaşlı və Çikaqoda doğulmuş papa, yaz aylarının isti havasında Vatikanı tərk etməyi nəzərdə tutan papalıq ənənəsini yenidən davam etdirir. Bu dövrdə Roma cənubundakı Alban dağlarında daha sərin hava şəraitindən istifadə edilir.

Sələfindən fərqli olaraq, Papa Leo yay tətilini ənənəvi papa yay iqamətgahında keçirəcək. Beləliklə, mərhum Papa Fransiskin dövründə 12 il ərzində fasilə verilmiş bir ənənə canlandırılmış olacaq.

Vatikan bildirib ki, papa iyulun 20-də Vatikana qayıdana qədər heç bir ictimai görüş keçirməyəcək.

Təxminən 9 min əhalisi olan və İtaliyanın paytaxtı Romadan cənub-şərqdə yerləşən Kastal Qandolfo şəhərində XVI əsrdən bəri papa iqamətgahı mövcuddur. Daha sonralar ona iki villa da əlavə olunmuşdur.

1623–1644-cü illərdə yaşamış Urban VIII bu şəhərdə yay tətili keçirən ilk papa olmuşdur. 2013-cü ildə qəfil istefasından sonra Papa XVI Benedikt də burada bir müddət qalmışdı. Amma Fransisk, yay iqamətgahından istifadə etmək əvəzinə, Vatikan daxilində Müqəddəs Marta evində qalmağı seçmişdi.

Məqalədə: #Roma papası #Vatikan #Papa XIV Leo

Mövzu üzrə digər xəbərlər

Papa XIV Leo Livan prezidenti ilə görüşdə İsraillə qarşıdurmadan narahatlığını bildirib
Livan

Papa XIV Leo Livan prezidenti ilə görüşdə İsraillə qarşıdurmadan narahatlığını bildirib

20 Avqust 18:44
Ramin Məmmədov Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri ilə görüşüb
Cəmiyyət

Ramin Məmmədov Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri ilə görüşüb

9 İyul 16:39
Papa XIV Leo ABŞ-ı immiqrasiya ənənəsinə sadiq qalmağa çağırıb
Digər Xəbərlər

Papa XIV Leo ABŞ-ı immiqrasiya ənənəsinə sadiq qalmağa çağırıb

3 İyul 22:52
Roma Papası Venesuelaya 100 min avro təcili yardım ayırıb
Digər Dövlətlər

Roma Papası Venesuelaya 100 min avro təcili yardım ayırıb

25 İyun 21:22

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.