11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Gündəm
Gündəm

ŞAR 2024-cü ilin Ay və Günəş tutulmaları təqvimini təqdim edir

27 Dekabr 2023 00:30
ŞAR 2024-cü ilin Ay və Günəş tutulmaları təqvimini təqdim edir

Bakı. AzerPress:

Tutulmalar zamanı Ay, Yer və Günəş fəzada demək olar ki, bir düz xətt boyunca yerləşirlər. Lakin Ayın orbit müstəvisi ekliptika müstəvisi ilə cəmi 509'-lik bucaq əmələ gətirir.

Bu barədə AzerPress-ə Nəsrəddin Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bu fərqə görə biz hər ay deyil, Ay və Günəşin müəyyən konfiqurasiyasında tutulmaları müşahidə edə bilirik. Günəş tutulmasının baş verməsində Günəş və Ay diskinin görünən bucaq ölçüsünün eyni olması da mühüm rol oynayır.

2024-cü ildə iki Günəş, iki Ay tutulması olmaqla ümumilikdə dörd tutulma baş verəcək.

25 martda ilin ilk Ay tutulması baş verəcək. Bu tutulma yarımkölgəli Ay tutulmasıdır. Bu tutulma zamanı Ay tam kölgəyə keçmədiyinə görə tutulma o qədər də hiss olunmur. Yarımkölgəli Ay Tutulması Avstraliyanın şərq hissəsi, Cənubi və Şimalı Amerikada, Sakit Okean, Atlantik Okean, Arktika və Antarktida da, Avropanın qərb hissəsində müşahidə olunacaq. Bakı vaxtı ilə saat 08:53-də başlayacaq və saat 13:32-də bitəcək, tutulmanın maksimumumu saat 11:12-də olacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda yerləşdiyinə görə tutulma Azərbaycandan müşahidə olunmayacaq.

18 sentyabrda isə qismən Ay tutulması olacaq. Qismən Ay tutulması zamanı Ayın bir hissəsi tam kölgəyə keçir. Tutulma Avropa, Asiyanın böyük hissəsi, Afrika, Şimali Amerika, Cənubi Amerika, Sakit okean, Atlantik, Hind okeanı, Arktika, Antarktidada müşahidə etmək mümkün olacaq. Saat 04:41-də başlayıb 08:47-də bitəcək tutulmanın maksimumu 06:44-ə uyğun gəlir. Azərbaycandan tutulmanın başlanğıcını (saat 04:41-dən saat 06:19-dək) izləmək mümkün olsa da, tutulmanın maksimumuna kimi Ay artıq batmış olacaq.

İlin ilk Günəş tutulması 8 apreldə baş verəcək. Bu tam Günəş tutulmasıdır. Günəş tutulması ümumilikdə Sakit və Atlantik Okeanı, Qərbi Avropa, Şimalı və Cənubi Amerika, Arktikanı əhatə edəcək. Tam tutulma isə ABŞ cənub-qərb hissəsi, Kanadanın qərbi və Meksikadan keçəcək. Tutulma Bakı vaxtı ilə saat 19:42-də başlayacaq və saat 00:52-də bitəcək. Günəş tutulması Azərbaycanda müşahidə olunmayacaq.

Sonuncu tutulma hadisəsi 2 oktyabrda baş verəcək. Bu tutulma halqalı Günəş tutulması olacaq. Halqalı tutulma Ay apogeydə və yaxın nöqtələrdə (Yerdən maksimum uzaqlıqda) olduğu zaman baş verir. Bu zaman Ay diskinin görünən ölçüsü kiçildiyi üçün Günəşi tam örtə bilmir və Ay diskinin kənarında nazik işıqlı halqa qalır. Ümumilikdə tutulma əsasən Cənubi Amerikanı, Şimali Amerikanın cənubu, Sakit və Atlantik okeanı, Antarktidanı əhatə edəcək. Halqalı tutulmanı isə Çili və Argentinadan müşahidə etmək mümkün olacaq, Bakı vaxtı ilə saat 19:42 başlayıb saat 01:47-də bitəcək tutulmanın maksimumu saat 22:45-ə uyğun gəlir. Tutulma Azərbaycandan müşahidə olunmayacaq.

ŞAR 2024-cü ilin Ay və Günəş tutulmaları təqvimini təqdim edir
Məqalədə: #Şamaxı Astrofizika Rəsədxanası

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

12:43
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
İslam və həyat: Şəriət, tarix, əxlaq

Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri

10 Sentyabr 09:00
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

7 Sentyabr 12:27
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Biznes

Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı

7 Sentyabr 12:00

Son Xəbərlər

Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
23:07
Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
22:25
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
21:39
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
21:38
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.