8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

Yəmən təhsil sistemi – Nasirlikdən siyasi İslama

Misirin Şimali Yəmənə mədəni təsiri böyük idi bu baxımdan da 26 Senytabr İnqailabında Qahirə şimala dəstək vermişdi.

17 Dekabr 2024 20:30
Yəmən təhsil sistemi – Nasirlikdən siyasi İslama

Bakı, AzerVoice\ArabAz

Hind Əl –Aryani, Yəmənli jurnalist və araşdırmaçı

Misirin Şimali Yəmənə mədəni təsiri böyük idi bu baxımdan da 26 Senytabr İnqailabında Qahirə şimala dəstək vermişdi. Radio Misir mahnıları və serialları yayımlayır, kitab mağazalarında isə Yusuf Əl-Sibai, İhsan Abdul Quddus və Nəcib Mahfuzun kitabları satılır ən çox satılan kitablar arasında idi. Bir sözlı ölkədə insanlar ən azından savadlı idi, təhsilə önəm verilidir.

Mən Yəməndə təhsil aldığım zaman 90-cı illərdə baş verən dəyişiklikləri yaxşı xatırlayıram. 1980-ci illərdə mən ibtidai məktəbdə oxuyanda dövlət məktəblərində musiqiyə icazə verilirdi, teatr və şənliklər var idi, bizim dövlət məktəbi olan “Yetmiş şəhid”I də olduqca yaxşı xatırlayıram. Biz il sonu şənliyi keçirirdik. mahnıları öyrənirdir. Müəllimlərimiz “qara abaya” deyil, rəngli paltar geyinərdi.

İndiyə qədər yadımdadır…1994-cü ilin yayında Birlik Müharibəsi başlayanda Sənadakı evimizdə pəncərədən baxarkən zenit raketi düşür və anam qorxudan qışqıraraq : “Pəncərədən uzaq dur. ” –deyirdi.

Müharibədən və Əli Salehin qələbəsindən sonra çox şey dəyişdi. Musiqi və rəsm dərsləri ləğv edildi, teatr konsertləri yox idi, hətta rəngli geyinən müəllimlər də indi niqab taxırdılar. Əvvəllər ərəb dilini öyrədən müəllimim və mən onun dərslərini çox sevirdik, ərəblərə məxsus bir qürurla dilimiz öyrənir, dilimizi vəsf edən şeirlər deyirdik. Lakin müharibədən çox keçməmiş hamı “dindar” oldu.
Daha sonra İslam mövzusunun öyrənilməsi üçün ayrıca dərslik təsis edildi və bu, kitab Şeyx Əbdülməcid Əl-Zindaninin yazdığı bir kitab idi. Mövzuya uyğun olaraq, bu kitabda hər şey Uca və Qadir olan Allahın varlığına bağlanırdı.
Allah yaradır…sonra nə olacaq? heç nə… Səbəb yalnız Allahdır və bunu bilməlisən. Havanın soyuqdan istiyə və ya əksinə dəyişməsi Allahdan, dəniz elmləri Allahdan… və s.
Kitab sadəcə olaraq elmi ləğv edir və bütün dini izahları metafizikləşdirir, sanki dünya bu hadisələrin necə baş verdiyini hələ kəşf etməyib.
Bu gün Husilərin nəzarətində olan ərazilərdə təhsil haqqında nə demək olar? Bir gün təhsil aldığım məktəbimi Facebookda axtaracağımı düşündüm, amma kaş axtarmasaydım.
1990-cı illərdəki məktəbim yaxşı olmasa da, bu gün daha pisdir. Əllərini qaldırıb fəryad və ölüm şüarları səsləndirən qız tələbələrin şəkilləri və videoları Husilər tərəfindən yayınlanır. Divarların hamısı müharibədə ölənlərin şəkilləridir.
Kurikulum da dəyişdi və uşaqlar üçün ideal isə, Husilərin sıralarında döyüşərkən öldürülən uşaq Hani Tomer oldu. O bu bugünkü Yəmən uşaqları üçün idealdır və onlar məktəblərdə onun haqqında öyrənirlər.
Bu, Yəmən uşaqlarının gələcəyidir. Onların gələcəyi döyüş və ölümdür.
Yəmən həm sünni, həm də şiə olan siyasi İslamdan və onun uşaq və gənclər nəsillərinə təsirindən əziyyət çəkib. Burda uşqların gələcəyi ən yaxşı halda muzdlu döyüşçüdür…

Siyasi İslam qrupları hökm sürdükcə daha yaxşı gələcəyə heç bir işıq və ya ümid görmürəm. Ümid ancaq o zaman yaranacaq ki, biz dinin siyasiləşməsindən uzaq duracağıq.

Məqalədə: #Hind Əl –Aryani

Mövzu üzrə digər xəbərlər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

16:26
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?

7 Sentyabr 09:00
Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı
ArabAZ analitika: Geosiyasi təhlillər

Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı

7 Sentyabr 09:00

Son Xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
21:42
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
21:36
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
21:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.