7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

İran sonrası Beyrut-Dəməşq münasibətləri

İrana yalnız Suriya lazım idi… elə Hizbullaha da.

19 Yanvar 2025 17:41
İran sonrası Beyrut-Dəməşq münasibətləri

BAKI,AzerVoice

İki ölkə 1940-cı illərdə müstəqillik əldə etdikdən sonra Suriya və Livan arasında münasibətlər heç bir iki müstəqil ölkə kimi bərabərhüquqlu münasibətlərə malik olmayıb və bu münasibətlər həmişə bir çox problemər ücbatında gərgin olub. İstər ata Əsəd, sitərsə də oğul Əsəd dönəmində.

Hafiz Əsədin Suriya hakimiyyəti dövründə Suriya ordusu 1976-cı ildə Livana daxil olub daha sonra bir il sonra 1977-ci ildə Kamal Cumblat qətlə yetirilib. Suriya ordusu Livanda bir çox problemlər yaratmaqla yanaşı, vətəndaş müharibəsində eləcə də Livanın dahi lideri Rəfiq Həririnin öldürülməsində aktiv rol alıb. Təbii ki , bu məslədə o tək olmayıb belə ki, Livan xalqının qanını tökülməsində ona Hizbullah da yaxından yardım edib.

Livandan ayrıldıqdan sonra Əsəd rejiminə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına tabe olması üçün ərəb və beynəlxalq təzyiqlər edildi, lakin diplomatik münasibətlər formal xarakter aldı və iki ölkə arasındakı əlaqələr bir problemlər ücbatından pisləşdi. Livanın İran təsirindən qurtula bilməməsinin başlıca səbəbi Hizbullah və heç şübhəsiz ki , Əsəd rejimi idi. Əsədin 2011-ci il müharibəsinə qədər Livanda öz maraqları var idi lakin , ölkədə müharibə başladıqdan sonra Əsəd artıq Hizbullahın planlarında bir oyundçu oldu. Düzdür Hizbullah Əsədin kürsusünü qorusa da əslində dolayı yolla İran və radikal şiəliyi qoruyurudu. Hizbullah və İran rəsmiləri Əsədin “İslam müqavimət oxunda” ciddi fiqur olmasını desələr də Əsəd heç vaxt ciddi fiqur olmayıb. İrana yalnız Suriya lazım idi… elə Hizbullaha da.

Qayıdaq son baş verən hadisələrə…
Bu gün Lİvanın müvəqqəti baş nazir Nəcib Mikatinin Dəməşqə səfəri və onu müşayiət edən nümayəndə heyəti ilə Əhməd Əl-Şara başçılıq etdiyi Suriyanın yeni administrasiyası ilə görüşü Əsəd rejiminin süqutundan sonra baş verəməsi təsadüfi deyil. Bu görüş hər nə qədər önəmli olsa da, qeyd etmək lazımdır ki, eyni zamnda olduqca kövrək siyasi mahiyyət daşımaqdadır.

Suriyada Əl-Şaraa hələ heç bir beynəlxalq müqavilə bağlamaq üçün konstitusiya və ya təmsilçi legitimliyi əldə etməyib və Livanda Mikati hökuməti müvəqqəti hökumətdir və yalnız bir çox faylları olmasına baxmayaraq, sazişlər bağlamaq səlahiyyətinə malik deyil. Lakin buna baxmayaraq tərflər bir sıra məslələri formal da olsa müzakirə etdilər.

Gözə çarpan sənədlər arasında Suriya həbsxanalarındakı livanlı məhbusların dosyesi də var. Lakin uzun illər Suriya həbsxanalarında olsan livanlıların sağ qalma ehtimalı sıfıra bərabərdir.
Livan həbsxanalarındakı suriyalı məhbusların dosyesinə gəlincə, söhbət cinayət məsuliyyətinə cəlb edilənlərdən deyil, daha çox həbsdə olanlardan və onların bəzilərinin Suriya inqilabını dəstəkləməkdə ittiham olunaraq mühakimə olunmasından gedir.
“Hizbullah” və onun müttəfiqi Bəşərin Livan məhkəmə sistemi və təhlükəsizlik xidmətlərinin böyük hissəsi üzərində nəzarəti fonunda minlərlə suriyalı hal hazırda Livan həbsxanalarında saxlanılmaqdadır.

Görüşdə həll oluna bilən və iki ölkədə qanuni hökumətlərin qurulmasını gözləməyi tələb etməyən məsələlərin həlli üçün kommunikasiya mexanizminin yaradılması və komitələrin formalaşması nəzərdə tutulur. Amma bu səfərlə bağlı ən mühüm şey odur ki, o, İranın regionda, xüsusən də Livan və Suriyada oxunun dağılmasından sonra və Suriyanın iki ölkə arasında bərabərhüquqlu münasibətlərin qurulmasına ciddi yanaşması başlayıb.

Məqalədə: #Livan #Suriya

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
Livan

Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah

5 Sentyabr 18:17
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
Livan

İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb

5 Sentyabr 11:51

Son Xəbərlər

“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev
“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev
11:00
BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
10:51
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
10:43
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
10:38
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
10:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.