8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

Qəzzada Ramazan: Hüzn və İtkilər İçində Keçən Mübarək Ay

"Qəzzada Ramazan 2024 müharibənin kölgəsində hüzn və itkilərlə qarşılanır – dağıdılmış məscidlər, köçkünlərin çadır həyatına məhkum olması və unudulmayan ailə xatirələri ilə dolu acı bir müqəddəs ay."

28 Fevral 2025 21:23
Qəzzada Ramazan: Hüzn və İtkilər İçində Keçən Mübarək Ay

BAKI,AzerVoice

Bu il Ramazan ayı Qəzzada əvvəlki illərdən tamamilə fərqli atmosferdə qarşılanır. İnsanlar bu mübarək aya dərin hüzn və itkilərlə girirlər. Minlərlə insanın ibadət etdiyi məscidlər dağıdılıb, xatirələrlə dolu küçələr, evlər yerlə-yeksan edilib. Ramazanın sevinci bu il bir kabusa çevrilib; çünki məcburi köçkünlər dağıntılar içində qalan evlərinə qayıtdıqda orada heç nə tapmadılar. Onlar bu müqəddəs ayı adi şəraitdə deyil, soyuq və dar çadırlarda qarşılamağa məcbur qaldılar.

Məscidlərsiz Ramazan

Ramazan ayında Qəzza sakinləri üçün məscidlər xüsusi yer tutur. Müsəlmanlar burada təravih namazlarını qılar, gecə ibadətlərini edər və son on gününü ibadət və itaətlə keçirərdilər. Lakin son müharibədə Qəzzadakı 1200 məsciddən 1000-ə yaxını işğalçı qüvvələr tərəfindən dağıdılıb. Bu, təkcə ibadət yerlərinin deyil, insanların mənəvi dəyərlərinin və Ramazana olan bağlarının da məhv edilməsi deməkdir.

Qəzzalı Əmir Hüseyni üçün Ramazan həmişə məscidlə bağlı olub. 46 yaşlı Hüseyni deyir:
"Əmri məscidi mənim üçün Ramazanın simvolu idi. Mənim ən sevdiyim ibadət yerim idi. İndi onu itirmişəm, nə edəcəyimi bilmirəm. Artıq məscidlərin minarələrindən azan səsi eşidilmir. Bu, mənim üçün təkcə dini yox, həm də ruhani bir məhrumiyyətdir.”

Eynilə, Amcad Abdul Hadi üçün də Ramazan əvvəlki kimi deyil. Onun ibadət etdiyi Xalidi məscidi tamamilə dağıdılıb. O, Ramazanın son on günündə bu məsciddə etiqaf edirdi. İndi isə, o, bunu evində etməyə məcburdur. Amma deyir ki, evdə ibadət etmək məsciddəki mənəvi atmosferi heç vaxt əvəz edə bilməz.

İftar Süfrəsində Boş Qalan Yerlər

Ramazan ailələrin bir araya gəldiyi, birlik və bərəkət ayıdır. Lakin bu il Qəzzada iftar süfrələri həsrətlə doludur. 67 yaşlı Süad əl-Aşi üçün bu Ramazan ən ağrılı aylardan biridir. O, dörd oğlunu və yeddi nəvəsini müharibədə itirib.

"Hər il Ramazanda bütün övladlarım və nəvələrim iftarda bir araya gələrdi. Amma indi bu necə mümkün olsun? Dörd övladım şəhid oldu, yeddi nəvəm isə mənə ömür boyu unutmayacağım bir həsrət buraxıb getdi.”

Bu itkilər onun üçün Ramazanı bir sevinc deyil, bıçaq kimi kəsən bir acı halına gətirib. O, ən çox böyük oğlu Məhəmmədi xatırlayır. Oğlu iftar süfrəsində mütləq bir qab humus olmasını istəyirdi. Anası hər il bu istəyi yerinə yetirirdi. İndi isə, bu ənənənin artıq mənası qalmayıb.

Ramazanın Simvolu: Fənərlər və Zərif Ümidlər

Müharibənin gətirdiyi dağıntılara baxmayaraq, bəzi qəzzalılar Ramazan ruhunu yaşatmaq üçün kiçik səylər göstərirlər. 29 yaşlı Zinə Əbu Seydu evinin eyvanını Ramazan fənərləri ilə bəzəyib. O, deyir ki, bu, onun üçün kiçik də olsa, bir ümid işığıdır.

"Fənərlər sadəcə bir bəzək deyil. Onlar bizim üçün Ramazanın bir hissəsi idi, bayramın gəlişini bildirirdi. Onları asmaq, həyatın davam etdiyini hiss etdirmək üçündür. Bəlkə də hər şey dəyişib, amma biz Ramazanımızı yaddaşımızdan silməməliyik."

Bəzi uşaqlar hələ də Ramazan fənərlərinə sevinirlər. Amma bu il həmin fənərlər əvvəlki kimi küçələri işıqlandırmır, çünki çox yerlər artıq yerində deyil.

Qəzzanın ən qədim Ramazan adətlərindən biri də "mesaharati", yəni səhər yeməyi üçün insanları oyandıran təbilçilərdir. Onların səsi hər Ramazan gecəsində Qəzzanın küçələrində eşidilərdi. Lakin bu il bu səs susub.

49 yaşlı Əbu Adil əl-Hisi artıq 20 ildir ki, Ramazanda Qəzzada "mesaharati" kimi fəaliyyət göstərirdi. Lakin bu il o, artıq bu ənənəni davam etdirə bilmir. O deyir:
"Mən hər il səhərlər insanları adları ilə çağırıb oyadırdım. Amma bu il bir çox adlar artıq yoxdur. Mən onları necə səsləndirim? Onların evlərinin dağıntıları arasında gəzmək mənim üçün inanılmaz dərəcədə ağrılıdır."

Bu il Ramazan Qəzzada əvvəlki illərə bənzəmir. Dağıntılar, yox olan ailələr, minarəsiz qalan məscidlər və yetim qalan uşaqlar… Ramazanın sevinci bu il yerini hüzünə verib. Amma bütün bu məğlubiyyətlərə baxmayaraq, insanlar hələ də Ramazanın ruhunu yaşatmaq üçün kiçik də olsa, səylər göstərirlər. Sanki hər bir fənər, hər bir dua onlara "biz hələ də varıq" mesajını verir.

Ramazan bu il Qəzzada kül rəngində gəldi. Amma insanlar hələ də fənərləri asaraq, dua edərək, bu külün altından yeni bir həyat doğacağına ümid edirlər.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Ramazan orucu #Ramazan ayı #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi

Mövzu üzrə digər xəbərlər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

16:26
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?

7 Sentyabr 09:00
Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı
ArabAZ analitika: Geosiyasi təhlillər

Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı

7 Sentyabr 09:00

Son Xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
21:42
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
21:36
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
21:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.