8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

Taliban Əfqanıstana turist cəlb etməyə çalışır

2 May 2024 11:05
Taliban Əfqanıstana turist cəlb etməyə çalışır

Bakı. VOA:

Bir çox ölkələr Taliban hakimiyyətə qayıtdıqdan sonra Əfqanıstanla əlaqələri kəsdi və heç bir ölkə onları ölkənin qanuni höküməti kimi tanımadı. Digər tərəfdən bu ölkəyə viza ilə giriş də çətin və bahalıdır.

Taliban Əfqanıstada hakimiyyəti ələ ala bilsə də, ölkənin səfirliklərində bu belə deyil. Əfqanıstan səfirlikləri ya bağlanıb, ya da fəaliyyətini dayandırıb. Qərbin dəstəklədiyi administrasiyadan olan şəxslərin işlədiyi səfirliklər və konsulluqlarla Taliban administrasiyasının tam nəzarəti altında olanlar arasında hakimiyyət uğrunda mübarizə davam edir.

Taliban hökümətinin qarşısında bir çox ciddi məslələr dursa da bu gün taliblər ölkədə turizmi canlandırmağa çalışırlar. Təbi ki, bu  o qədər də asan deyil, lakin taliblər hesab edir ki, tətbiq etdikləri şəriət qaydaları çərşivəsində bu mümkündür.

Turizmə əngəl olan məqamlardan biri də, ölkənin bəzi yerlərində yarı asfaltlanmış və ya ümumiyyətlə mövcud olmayan yol şəbəkəsidir. Digər bir tərəfdən aviaşirkətlər əsasən Əfqanıstanın hava məkanından yayınır.

Paytaxt Kabil ən çox beynəlxalq uçuşlara malikdir, lakin Əfqanıstanın heç bir hava limanında Çin, Avropa və ya Hindistan kimi əsas turizm bazarları ilə birbaşa marşrutlar yoxdur.

Bütün bunlara baxmayaraq, Əfqanıstanın bir turizm mərkəzinə çevrilməsi ambisiyası Talibanın yüksək liderləri tərəfindən dəstəklənir.

Bilindiyi kimi, Taliban qadınlar üçün geyim qaydaları tətbiq edib və onlar üçün səyahət zamanı yanlarında bir kişi qəyyum, ya da məhrəm bir şəxsin olması tələbi irəli sürüb. Təbii ki bu tələb şəriətə uyğun olaraq tətbiq edilib.

Tək yemək yemək, tək səyahət etmək və ictimai yerlərdə digər qadınlarla ünsiyyət qurmaq çətinləşib. İdman salonlarının qadınlar üçün bağlanması və gözəllik salonlarının qadağan edilməsi ilə onların evdən kənarda görüşə biləcəyi yerlər azalıb.

Taliban Əfqanıstanda hakimiyyətə gəldikdən sonra, ölkənin yeganə beşulduzlu oteli Serena, bir aylıq bağlanmışdı. Lakin daha sonra bu  otel yenidən açıldı, oteldə yalnız əcnəbi qadınların girə biləyəyi ilk və tək qadın spa və gözəllik salonu var.

Əcnəbilər spa və gözəllik salonu xidmətindən istifadə etmək üçün pasportlarını göstərməlidirlər. Şəxsiyyət vəsiqəsində “Əfqanıstanda doğulmuş” yazılan qadınlara buraya  girişə qadağa qoyulub.

Qeyd edək ki, Əfqanıstanda Turizm və Otelçilik İnstitutunda qadın tələbə yoxdur, lakin ölkənin turizm bürosunda qadın məmurlara rast gəlmək mümkündür.

Taliban Əfqanıstana turist cəlb etməyə çalışır
Məqalədə: #Taliban

Mövzu üzrə digər xəbərlər

Taliban və Əş-Şəraa təcrübəsi - İntiqam və diplomatiya arasındakı strateji fərq
ArabAZ analitika: Geosiyasi təhlillər

Taliban və Əş-Şəraa təcrübəsi - İntiqam və diplomatiya arasındakı strateji fərq

16 Avqust 09:30
Talibanın hakimiyyətə qayıdışından 5 il ötür: Əfqanıstanda silahlı müxalifət niyə güclənə bilmir?
Əfqanıstan

Talibanın hakimiyyətə qayıdışından 5 il ötür: Əfqanıstanda silahlı müxalifət niyə güclənə bilmir?

15 Avqust 17:30
Taliban höküməti ABŞ vətəndaşını sərbəst buraxıb
Digər Dövlətlər

Taliban höküməti ABŞ vətəndaşını sərbəst buraxıb

24 Mart 17:41
Tacikistan-Əfqanıstan sərhədində terror cəhdi dəf edilib, iki sərhədçi həlak olub
Digər Dövlətlər

Tacikistan-Əfqanıstan sərhədində terror cəhdi dəf edilib, iki sərhədçi həlak olub

25 Dekabr 2025 13:10

Son Xəbərlər

Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
10:00
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
09:48
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək
09:42
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
09:36
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
09:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.