8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

Hizbullah silah almaq üçün sədəqə yığmağa başladı

29 May 2024 09:02
Hizbullah silah almaq üçün sədəqə yığmağa başladı

Bakı,AzerVoioce

Livanda döblət içində dövlət hesab edilən Hizbullah 8 oktyabrda ölkənin cənubunda başladığı 'Qəzzəyə dəstək' müharibəsinə silahlı qrup və təşkilatları daxil etməklə yanaşı, başlatdığı media kampaniyası ilə mülki insanları da müharibəyə cəlb etmək mərhələsinə qədəm qoyub.

Hizbullah bu kampaniya ilə vətəndaşları müharibəyə qoşulmağa və müharibəni davam etdirmək üçün raket və silahların alınması üçün sədəqə və ya ianə verməyə çağırıb.

Kampaniya insanları İsrailə qarşı müharibənin bir hissəsi olmağa çağırsa da, Hizbullaha bağlı bir fəal sosial mediada “Ən yaxşısı odur ki, müqavimət insansız hava vasitələrinin (PUA) istehsalına töhfə vermək üçün qapını açsın. Hizbullah olaraq İHA layihəsinə start verə bilərsiniz” –deyə yazıb.

Qeyd edək ki,Hizbullahın baş katibi Həsən Nəsrullah 2022-ci ilin fevral ayında etdiyi çıxışda təçkilatın 'Livanda PUA istehsal etməyə başladığını və İHA-ların minlərlə hədəfi dəqiq zərbələrlə məhv etmək qabiliyyətinə sahib olduğunu' açıqlamışdı. Nəsrullah hələ o vaxt bu İHA-ları satmağı da hədəfləyirdi.

Kampaniyanın tanıtım plakatında Hizbullahın rəsmi orqanı olan “Müqavimətə Dəstək Təşkilatı” ifadəsi və “donorların” zəng edə biləcəyi telefon nömrələri belə qeyd olunur.

Livanda  və eləcə İranın proksi  güclərinin oylağına çevrilən bir sıra ölkələrdə kampaniya haqqında müxtəlif fikirlər söylənilib.

Bəziləri bunu “İsraili yer üzündən silə biləcək hərbi gücə sahib olduqlarını iddia edənlərin zəifliyinin ifadəsi”, bəziləri isə “şiə mühitinin dəstəyini sınamaq üçün səfərbərlik kampaniyası” kimi qiymətləndirib.

Livan parlamentinin  sədri  Nəbih Bərri  bu  kampaniyanı daha fərqli qəbul edərək, “ Livanın cənubunda infrastrukturun bərpa edilməsi üçün istifadə ediləcəyi” düşüncəsində olduğunu bildirib.  Bərri qeyd edib ki, Livanın cənubunu  dost, qardaş və müttəfiq ölkələrin dəstəyi ilə bərpa edəcəklərinə ümid edir.

Sabiq millət vəkili Faris Səid isə Bərri ilə Hizbullahən fikirləri arasında ciddi  ziddiyətin olduğunu  qyed edərək bildirib ki, “Kampaniay olduqca narahatedicidir . “Bir tərəfdən ölkənin cənubunu yenidən qurmaq üçün yalvaran parlamen sədri, digər tərəfədən isə silah almaq üçün dilənən Hizbullah var”-deyə Səid qeyd edib.

Məsələ ondadır ki, Hizbullahın seçdiyi münaqişə, ilk növbədə, İsrailin Qəzza zolağına müdaxiləsinin qarşısını almaq və HƏMAS-ın mkanlarını qoruyub saxlamaq məqsədi güdürdü. Lakin Hizbullah bu məqsədlərindən heç birinə nail ola bilmədi.

Yeganə qazanc şimaldakı israillilərin Livan sərhədinə bitişik yaşayış məntəqələrindən qovulması olsa da, bu müharibə Cənubi Livanın 40-dan çox şəhərində böyük dağıntılara səbəb oldu. Müharibə sakinləri didərgin saldı və təxminən 500 livanlı mülki vətəndaşı və Hizbullah döyüşçüsü öldürdü.

Hizbullah silah almaq üçün sədəqə yığmağa başladı
Məqalədə: #Hizbullah

Mövzu üzrə digər xəbərlər

İsrailin Livanın cənubuna son üç gündə endirdiyi hava zərbələri nəticəsində azı 27 nəfər ölüb
Livan

İsrailin Livanın cənubuna son üç gündə endirdiyi hava zərbələri nəticəsində azı 27 nəfər ölüb

7 Sentyabr 19:31
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?

6 Sentyabr 15:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Livan

Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib

6 Sentyabr 11:52
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32

Son Xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək
09:42
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
09:36
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
09:26
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
09:15
Husilərin Səudiyyə Ərəbistanına hücumları nəticəsində 73 nəfər yaralanıb
Husilərin Səudiyyə Ərəbistanına hücumları nəticəsində 73 nəfər yaralanıb
09:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.