12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

İsrail Fələstin Dövlətinin yaradılmasından niyə qorxur?

30 May 2024 16:46
İsrail Fələstin Dövlətinin yaradılmasından niyə qorxur?

Bakı, AzerVoice

Norveç, İrlandiya və İspaniyanın Fələstini rəsmən tanıması İsraildə mübahisələrə səbəb olub. İsrail ictimaiyyəti bu məsələni Təl-Əvivin bu vaxta qədər şahidi olmadığı böyük bir sarsıntı kimi qiymətləndirir.

AzerVoice xəbər verir ki, İsrailin oktyabrın 7-dən bu yana Qəzzada 35 mindən çox günahsız mülki vətəndaşı qətlə yetirməsi, bir milyondan çox insanı köç etməyə məcbur etməsi, hətta humanitar yardımın bölgəyə girməsinə icazə verməməsi dünyanın Fələstinə olan baxışına güclü təsir etdi.

Avropada Norveç, İspaniya və İrlandiya kimi ölkələr Fələstini rəsmən tanımağa qərar verdi. Bir çox ölkələrin də bu addımı atacağı gözlənilir.

Avropadakı bu qərarlardan sonra Netanyahu hökuməti fələstinlilərə cavab olaraq işğalın bir parçası sayılan yəhudilərin məskunlaşdırılma arealının genişləndiriləcəyini açıqladı. Həmçinin İsrail bu qərarlara cavab olaraq İordan çayının qərb sahilində 20 il əvvəl boşaldılmış bir sıra yaşayış məntəqələrini yenidən aktivləşdirdi və Fələstin Muxtariyyətinə iqtisadi-siyasi sanksiyalar tətbiq etməyə başladı.

Digər tərəfdən, İsrail hökuməti yəhudilərin məskunlaşması üçün nəzərdə tutulan "E1" bölgəsi də daxil olmaqla, İordan çayının qərb sahilində işğal edilmiş bölgələrdə on min yaşayış yeri inşa etməyi planlaşdırır. Bu yeni məskunlaşma bölgələrinin hədəfi Qərb Sahilindəki bir sıra işğal bölmələri ilə Qüdsü birləşdirməkdir.

Onu da qeyd edək ki, analitiklər İsrailin öz siyasətini "nəfəs almağa, xəyal qurmağa imkan vermə" prinsipi üzərində qurduğunu bildirir.

İsrailin 1967-ci ildə müharibədən sonra işğal etdiyi İordan çayının qərb sahilində hazırda təxminən 250 qeyri-qanuni yəhudi məsunlaşma məntəqəsi mövcuddur. Bu yerlərdə 500 mindən çox yəhudi yaşayır. Beynəlxalq hüquqa görə, işğal olunmuş ərazilərdəki bütün yəhudi yaşayış mənətəqləri qeyri-qanuni sayılır.

Bununla belə, Fələstin dövlətinin yaradılması ideyası hələ də İsrail üçün böyük qorxu mənbəyidir. Bəs İsrail hansı səbəblərə görə Fələstin dövlətinin yaradılmasına qarşı çıxır?

Təhlükəsizlik: İsrail Fələstin Dövlətinin yaradılmasının özü üçün təhlükəsizlik risklərini artıra biləcəyindən narahatdır.

Torpaq: Fələstin Dövlətinin yaradılması o deməkdir ki, fələstinlilər işğal edilən torpaqlarının ən azı bir hissəsini geri alacaqlar. Coğrafi bütövlüyə nail olan Fələstin dövləti İsrailin "torpaqlarını" itirməsi mənasına gəlir. Qurulduğu gündən bəri daim işğalçı, istilaçı siyasət yürüdən İsrail hətta yəhudi qəsəbələrlə Fələstin kəndləri arasında heç bir əlaqə saxlamamağa çalışır.

Beynəlxalq vəziyyət: Fələstin dövlətinin yaradılması beynəlxalq səviyyədə İsrailə təzyiqi artıra bilər. Xüsusən də indiyə qədər törətdiyi qırğınlar və soyqırım ittihamları ilə üzləşə bilər. Hazırda İsrail işğal etdiyi torpaqlarda yeganə səlahiyyət sahibi olduğunu, güc tətbiq etmək səlahiyyətinin tək başına onda olduğunu iddia edərək öldürməyə və dağıtmağa davam edir.

Fələstin Dövlətinin yaradılması İsrailin indiki siyasətini davam etdirməsini çətinləşdirə bilər. Bütün bunlar İsrailin beynəlxalq təcrid və ya iqtisadi sanksiyalarla üzləşməsinə səbəb ola bilər.

İsrail Fələstin Dövlətinin yaradılmasından niyə qorxur?
Məqalədə: #Qəzza #İsrail #Fələstin

Mövzu üzrə digər xəbərlər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
ArabAZ analitika: Geosiyasi təhlillər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?

11 Sentyabr 12:20
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
ArabAZ analitika: Geosiyasi təhlillər

Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi

11 Sentyabr 09:00
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
Rəy

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu

10 Sentyabr 15:56
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

10 Sentyabr 09:00

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.