5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ VOA təhlil mərkəzi VOA analitika: Geosiyasi təhlillər
VOA analitika: Geosiyasi təhlillər

Gantzın istefası israillilərə və fələstinlilərə necə təsir edəcək?

11 İyun 2024 09:08
Gantzın istefası israillilərə və fələstinlilərə necə təsir edəcək?

Bakı,AzerVoice

Benny Gantz İsrailin Müharibə Nazirlər Kabinetindən istefa verdiyini açıqladı. Gantzın bu hərəkəti səngiməyən Qəzza müharibəsi fonunda Baş nazir Benyamin Netanyahuya daxili təzyiqi artırdı.

Keçmiş Baş Qərargah rəisi və müdafiə naziri may ayında Fələstin ərazilərində müharibədən sonrakı strategiyanın olmadığını əsas gətirərək hökuməti tərk etməklə hədələmişdi.

Gantzın partiyasından olan Qadi Eisenkotun istefası ilə Müharibə Kabinetində cəmi üç üzv qaldı. Qəzza müharibəsi ilə bağlı bütün mühüm qərarlar bu kabinetdə qəbul edilir.

Gantzın istefası İsrailə necə təsir edəcək?

Gantzın istefasının dini və ultra-millətçi partiyaların koalisiyasından ibarət hökuməti devirməsi ilə nəticələnəcəyi gözlənilmir.

ABŞ Dövlət Departamentinin keçmiş Yaxın Şərq danışıqlarçısı Aaron David Miller Gantzın istefasından saatlar əvvəl CNN-ə verdiyi açıqlamada deyib: “Benni Gantz bir müddətdir ki, istefa verməklə hədələyir, lakin onun hökuməti devirmək gücü yoxdur. Çünki Netanyahu və onun koalisiya tərəfdaşları hələ də Knessetdəki 120 yerdən 64-nə sahibdirlər”.

Bununla belə, politoloq Merav Zonszin fikrincə, Netanyahu hökuməti dağılmaq təhlükəsi ilə üzləşməsə də, Gantzın istefası ilə koalisiyadakı yeganə “mötədil element” itiriləcək.

"Netanyahuya yalnız ifrat sağçı nazirlər qalacaq və onların hansı rol oynayacaqları hələ bəlli deyil", - Zonszin AFP-yə deyib.

Bu ayın əvvəlində iki ifrat sağçı nazir - Milli Təhlükəsizlik Naziri Itamar Ben-Gvir və Maliyyə Naziri Bezalel Smotrich - Netanyahunu ABŞ prezidenti Co Baydenin HƏMAS-a təslim olmaq kimi qiymətləndirdikləri atəşkəs təklifini qəbul edəcəyi təqdirdə koalisiya hökumətindən çıxacağı ilə hədələyib.

Bununla belə, atəşkəs təklifi yekunlaşmasa və iki nazir hökuməti tərk etməklə bağlı hədələrini yerinə yetirməsə, Netanyahu seçkilər keçirilənə qədər vəzifəsində qala bilər.

Seçkilərin 2026-cı ilin oktyabrında keçirilməsi planlaşdırılır. Rəy sorğuları göstərir ki, erkən seçki keçirilərsə, Gantz qalib gələcək.

İordaniya Tətbiqi Elmlər Universitetinin siyasət elmləri və beynəlxalq əlaqələr professoru Dr. D. Əbdülhakim əl-Karale İsrailin Nuseyrat Qaçqınlar Düşərgəsində dörd məhbusu xilas etməsinə baxmayaraq Gantzın istefasını ifrat sağçı hökumət daxilində “siyasi zəlzələ” kimi qiymətləndirib. Karale həmçinin bildirib ki, bu, İsrail daxilində böyük qarışıqlıq yaradacaq və Netanyahu və hökumətinə qarşı daha çox təcrid və məhdudiyyətlərə gətirib çıxaracaq.

 “Aydındır ki, Gantz qəti nəticəyə gəlib ki, Netanyahu şəxsi maraqlarına nail olmaq istəyir. Çünki müharibənin uzadılması Netanyahunun siyasi həyatını uzatmaq, hüquqi məsuliyyətdən və həbsdən yayınmaq deməkdir”, - deyə o bildirib.

Karalenin sözlərinə görə, bu fikirlər Netanyahunun müxtəlif korrupsiya işlərində mühakimə olunması və ötən il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunun qarşısını ala bilmədiyi ittihamları fonunda ifadə edilir.

Karale həmçinin bildirib ki, Gantzın istefası mötədil hərəkatı təmsil etdiyi üçün böyük əhəmiyyət kəsb edir. Karalenin sözlərinə görə, sözügedən istefa hökumətin süqutuna səbəb olmasa da, qarşıdakı günlərdə müxalifət düşərgəsinin gündən-günə böyüməsi ilə bağlı dramatik hadisələrə səbəb ola bilər ki, bu da hökumətin istefaya göndərilməsi ilə nəticələnə bilər.

Bəs Gantzın istefası Fələstinlilərə necə təsir edəcək?

"Mötədil" olaraq xarakterizə edilən Gantz, müharibənin şiddətini azalda bilmədi. Gantzın  kabinetdə olduğu olduğu dövrdə ən azı 37 min fələstinli öldürülüb.

Gantzın gedişindən sonra müharibənin davam edəcəyi proqnozlaşdırılsa da, atəşkəs təklifinin yaxın gələcəkdə yekunlaşdırılması ehtimalı uzaq görünür.
Bununla belə Gantzın istefası Netanyahunu atəşkəs təklifini qəbul etməyə sövq edə bilər.

Karale bunu bu ifadələrlə izah edib: “Gantzın dərin hərbi təcrübəsi var. Buna görə də, Qəzza müharibəsindəki hərbi uğursuzluqla bağlı səbəblərdən istefa verdikdə, bu, İsrail cəmiyyətinə və İsrail siyasi cərəyanlarına müharibədə İsrailin döyüş maşınının uğursuzluğa düçar olduğu qənaəti yaradır”.

Gantzın istefası israillilərə və fələstinlilərə necə təsir edəcək?

Mövzu üzrə digər xəbərlər

Ümidə yatırılan milyardlar - Əczaçılıq nəhəngləri xərçəng xəstəliyinin bitməsini istəyirmi?
VOA analitika: Geosiyasi təhlillər

Ümidə yatırılan milyardlar - Əczaçılıq nəhəngləri xərçəng xəstəliyinin bitməsini istəyirmi?

4 Sentyabr 09:00
İran müharibəsi ABŞ-nin müttəfiqlərini silkələyir - Tramp və müttəfiqlər arasında dərin böhran
VOA təhlil mərkəzi

İran müharibəsi ABŞ-nin müttəfiqlərini silkələyir - Tramp və müttəfiqlər arasında dərin böhran

3 Sentyabr 09:00
Ərəblər Qərbdə müsəlmanların yüksəlişindən niyə faydalana bilmir?
VOA analitika: Geosiyasi təhlillər

Ərəblər Qərbdə müsəlmanların yüksəlişindən niyə faydalana bilmir?

2 Sentyabr 16:04
Silahlı dəstələrin yerinə neft və qaz xətləri -Vaşinqtonun Suriya və İraqdakı yeni böyük planı
VOA analitika: Geosiyasi təhlillər

Silahlı dəstələrin yerinə neft və qaz xətləri -Vaşinqtonun Suriya və İraqdakı yeni böyük planı

1 Sentyabr 15:05

Son Xəbərlər

Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.