8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

Qəzza döyüşlərində yeni savaşçı – İsrailin gizli qüvvələri

19 İyul 2024 10:38
Qəzza döyüşlərində yeni savaşçı – İsrailin gizli qüvvələri

Bakı,AzerVoice

Qəzzada dörd  girovu xilas edən İsrail komandoları bərbad vəziyyətdə olan iki ağ avtomobili idarə ediblər. Biri sabun reklamını nümayiş etdirirdi, digəri isə damda döşək və mebel daşıyırdı. Onlar silahlı idilər, lakin HƏMAS-ın qalalarından birinə sızdıqları üçün əsas silahları gizləməli idilər.

İyunun əvvəlində həyata keçirilən xilasetmə missiyası İsrailin məxfi bölmələrinin Qəzza zolağındakı döyüş meydanındakı ən bariz nümunəsi oldu, bu bir vaxtlar gizli qüvvələrinin demək olar ki, keçilməz olduğu ərazidə təhlükəli əməliyyat idi.

 Bu hiylə, İsrail təhlükəsizlik xidmətlərinin onilliklər ərzində İordan çayının Qərb Sahilində “Mustaaribin” (المستعربين)” kimi tanınan əməliyyatçılarla inkişaf etdirdiyi bacarıqlar toplusudur.

Netflix-də nümayiş etdirilkən “Fauda” serialında təsvir olunan bu qüvvələr İsrail cəmiyyətində qəhrəman kimi qeyd olunur və onlara qeyri-qanuni sui-qəsd qrupları kimi baxan fələstinlilər arasında nifrətlə qarşılanır.

Mustaaribin üzvlərinin işi nə ərəblər nə də yəhudilər üçün yeni deyil, lakin , bu vaxta qədər bu gizli ordu  heç vaxt müharibə şəraitində əmçəliyyat aparmayıb. Qəzzada hıyata keçirilən əməliyyat ilk olub.

İsrail hərbi rəsmiləri bildiriblər ki, ötən ay Qəzzanın mərkəzi Nuseyrat şəhərində həyata keçirilən xilasetmə əməliyyatı həftələrlə kəşfiyyat məlumatlarının toplanmasına, girovların yerləşdiyi binaların nüsxələri üzrə komandoların təliminə və dəstək vermək üçün minlərlə əsgərin yerləşdirilməsinə əsaslanıb.

Gündüz əməliyyatı üçün maskalanma çox vacib idi. Rəsmilər HƏMAS mühafizəçilərinin İsrail komandolarını aşkar edən kimi onların məhbuslarını öldürəcəyindən qorxduqlarını bildiriblər.

Əməliyyatın keçirilməsi üçün doğru avtomobili tapmaq kifayət deyildi və onun həmin ərazidə işləməsi üçün gizlətməsi lazım idi.

İki yaşayış binasına eyni vaxtda basqın edən qruplar “sürpriz” elementini qoruyub saxlaya bilmişdilər.

Hərbi rəsmilər bildiriblər ki, İsrail qüvvələri girovları xilas edə bilib onları helikopterlərlə şatdırmaq üçün izdihamlı küçələrdə döyüşüb.

1990-cı illərdə Qəzza zolağında fəaliyyət göstərən kiçik gizli hərbi birləşmənin üzvü Tomer Tzaban deyir ki, xilasetmədən bir neçə həftə əvvəl məhəllədə məxfi agentlər var idi və onlar HƏMAS üzvləri ilə ünsiyyətdə idilər. Hətta əməliyyat başlayanda belə bu agentlər orda idilər.

Tzaban qeyd edib ki, İsrail kəşfiyyatı hələ 1990-cı ildən Qəzzada yerli əməkdaşların işə cəlb oluması ilə məşğul idi və Mustaaribin artıq orda da fəaliyyətlərini davam etdiriridi.

Qəzza bu gün çox fərqlidir. Səhiyyə orqanlarının məlumatına görə, müharibə 38,000-dən çox insanın ölümünə səbəb oldu. İsrailin hərbi əməliyyatları Qəzzanın böyük ərazilərini dağıdıb və onun iki milyon sakininin əksəriyyətini didərgin salıb.

Bu da təbbi ki  öz növbəsində İsrailin Qəzzadakı gizli agentlərinin işini asanlaşdırır belə ki, xoas agentlərin fəaliyyəti üçün olduqca əlverişli mühitdir.

Bilindiyi kimi , bu ilin fevral ayında İsrail xüsusi təyinatlıları Qəzza zolağının ən cənub hissəsi olan Rəfahda saxlanılan iki yaşlı girovu xilas etmişdilər. Nuseyrat əməliyyatında olduğu kimi, İsrail qüvvələri aşkar edilmədən HƏMAS ərazisinin dərinliklərinə sıza bilmişdilər.
İsrail ordusu  Qəzza daxilində irəlilədircə bu kimi reydlər də artıq. Və ehtimal edilir ki. yaxında bu kimi reydlər daha intensiv olacaq.

Bir çox ekspertlər hesab edir ki, dövlət tərəfindən mülki geyimdə hərbi  əməliyyatlarda işitak etmək, xüsusən də həkimlər kimi maskalanmaq əslində müharibə cinayətidir.

Təxminən 24 il əvvəl “İkinci İntifada” kimi tanınan Fələstin üsyanı zamanı məxfi agentlər İsrailin milli təhlükəsizliyinin əsas dayağı idilər.

Şin Bet Təhlükəsizlik Xidməti, İsrail Polisi və İsrail Ordusunun öz Mustaaribin bölmələri var. Hər iki qurumun rəsmiləri Nuseyrat xilasetmə əməliyyatının Yamam komandasının rəhbərliyi altında və Şin Betin köməyi ilə həyata keçirildiyini bildirib.

Mustaaribin bölmələr İsrail cəmiyyətinin müxtəlif təbəqələrindən olan şəxsləri işə cəlb edirlər. Bəzən ölkəyə gələn turistlər  də bu  əməkdaşlığa cəlb olunur. Mustaarfim briqadalarının böyük əksəriyyəti ərəbcə rahat danışa bilir.

Qəzza döyüşlərində yeni savaşçı – İsrailin gizli qüvvələri
Məqalədə: #Təhlil

Mövzu üzrə digər xəbərlər

Qadınlar niyə uşaq dünyaya gətirməkdən imtina edir?
ArabAZ təhlil mərkəzi

Qadınlar niyə uşaq dünyaya gətirməkdən imtina edir?

17 May 23:59
Diqqət!...Səudiyyə bu şəxsləri deportasiya edəcək
Yaxın Şərq

Diqqət!...Səudiyyə bu şəxsləri deportasiya edəcək

17 May 18:12
İran kəşfiyyatı: ABŞ və İsrail Xameneini hədəf alır — Tehran “müharibə təzyiqi” altında birləşməyə çağırır
ArabAZ təhlil mərkəzi

İran kəşfiyyatı: ABŞ və İsrail Xameneini hədəf alır — Tehran “müharibə təzyiqi” altında birləşməyə çağırır

24 Noyabr 2025 12:24
Netanyahu yenidən Suriyada şərt irəli sürdü – silahsız zona tələbi gündəmdədir
İslam və Tarix

Netanyahu yenidən Suriyada şərt irəli sürdü – silahsız zona tələbi gündəmdədir

14 Noyabr 2025 15:00

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.