10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

Haniyənin öldürüldüyü yer haqqında ziddiyyətli məlumatlar var

31 İyul 2024 17:25
Haniyənin öldürüldüyü yer haqqında ziddiyyətli məlumatlar var

Bakı,AzerVoice

HƏMAS lideri İsmayıl Haniyənin paytaxt Tehranda öldürülməsinin təfərrüatları ilə bağlı rəsmi İran məxfiliyi fonunda, hücumun yeri ilə bağlı ziddiyyətli xəbərlər yayıldı, hakimiyyət isə İsraildən qisas alacağına söz verdi.

Haniyə İran prezidenti Məsud Pezeşkiyanın parlament qarşısında andiçmə mərasimində iştirak etmək üçün Tehrana gedib, hakimiyyət tərəfindən ciddi təhlükəsizlik tədbirləri görülüb və təxminən 80 ölkədən rəsmilər İran paytaxtına axın edib.

İran saytları səhər saatlarında qeyri-rəsmi mənbələrin Haniyənin Səadabad Sarayı yaxınlığında, İsrail pilotsuz təyyarəsinin təşkil etdiyi reyd zamanı öldürüldüyünü, digər mənbələr isə hadisənin Tehranın qərbindəki bir bölgədə baş verdiyini bildirib.

Partlayış səsi o qədər güclü idi ki, bütün avtomobil siqnalları işə düşüb və səs Tehranın şimalında eşidilib.

Həniyənin öldürülməsi xəbərini ilk olaraq gecə saat 1:45-də “Qüds Gücü”nə bağlı “Sabreen News” kanalı yayıb.

İnqilab Keşikçiləri bəyanatında təfərrüatlı məlumat vermədən Haniyə və onun mühafizəçilərindən birinin Tehrandakı iqamətgahı hədəf alındıqdan sonra öldürüldüyünü bildirib. Daha sonra İran İnqilabı Keşikçiləri Korpusunun Təsnim və Fars agentlikləri ilk hesabatlarında Haniyənin “gecə yarısından sonra saat ikidə havadan raketlə vurulduqdan sonra öldürüldüyünü” bildiriblər.

İki agentliyin məlumatına görə, “prezidentin andiçmə mərasimində iştirak etmək üçün İrana gələn Haniyə Tehranın şimalında qonaqlar üçün ayrılmış yerlərdən birində qalırdı”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani bildirib ki, səlahiyyətli orqanlar hadisənin ölçüləri və təfərrüatları ilə bağlı araşdırma aparır. O əlavə edib ki, Haniyənin İran paytaxtında öldürülməsi “İran İslam Respublikası, əziz Fələstin və müqavimət qüvvələri arasında dərin və güclü əlaqələri gücləndirəcək”.

İran İnqilabı Keşikçiləri Qvardiyası çərşənbə günü verdiyi açıqlamada Tehranda Həniyənin öldürülməsinə “sərt cavab veriləcəyini” bildirib və “İran və müqavimət oxunun bu cinayətə cavab verəcəyinə” söz verib.

Ali Rəhbər Əli Xameneyi Haniyənin öldürülməsinə görə qisas almaq “Tehran üçün bir vəzifədir”. Çünki bu, İran ərazisində baş verib”-deyib.

Öz növbəsində, yeni prezident Məsud Pezeşkian çərşənbə günü İsraili Tehranda Haniyənin öldürülməsinin arxasında durmaqda ittiham edərək, İsraili “peşman edəcəyini” bildirib.

Pezeşkian “X” platformasında yazıb: “İran İslam Respublikası öz ərazisinin bütövlüyünü, namusunu, qürurunu və ləyaqətini müdafiə edəcək və terrorçu işğalçıları qorxaq əməllərinə görə peşman edəcək”.

Haniyənin öldürüldüyü yer haqqında ziddiyyətli məlumatlar var
Məqalədə: #Təhlil

Mövzu üzrə digər xəbərlər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

09:00
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

9 Sentyabr 09:00
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58

Son Xəbərlər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
09:00
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
09:00
Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
08:03
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.