14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

İran Haniyənin qisasını necə alacağını bildirib

5 Sentyabr 2024 11:04
İran Haniyənin qisasını necə alacağını bildirib

Bakı, AzerVoice

İran İnqilabı Keşikçiləri Korpusunun qolu olan Qüds Qüvvələrinin lideri bildirib ki, İranın HƏMAS hərəkatının rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavabı “fərqli olacaq və bu cavabın tərzi açıqlanmamalıdır”.

Buna cavab olaraq Pentaqondan  gələn açıqlamada: “Birləşmiş Ştatlar Tehranın İsrailə təhdidlərini ciddi qəbul etməyə davam edir.”-deyilib.

AzerVoice ArabAZ - a istinadən xəbər verir ki, İnqilab Keşikçiləri Korpusunun Xarici Əməliyyatlar bölməsinin komandirinin müavini, briqada generalı Möhsün Çidhari İran lideri Əli Xameneyinin təhdidinə açıq şəkildə istinad edərək, Həniyyənin qanının qisasının alınmasının müqəddəs borc olduğunu bildirib və qeyd edib ki, “İran bunun mütləq edəcək”.

 “İranın cavabının keyfiyyəti və tərzi sionistlərin cinayətləri ilə bağlı məqsədlərimizə nail ola biləcəyimiz şərait və məkandan asılıdır. İranın məqsədlərinə lazımi anda və lazımi sürpriz elementi ilə nail olmaq və eləcə də qisas alınması üçün uyğun şərait və fürsət yaranana qədər səbir və təmkinli davranır.”-deyə o bildirib.

İran və regionda ona sadiq silahlı qruplar keçən ayın sonlarında Tehran və Beyrutda iki tanınmış liderin öldürülməsinə cavab olaraq İsraili hücumla hədələdilər və Hizbullah İsrailə buraxılan raketlərin təşkilatın liderinin , daha doğru Fuad Şükrün öldürülməsinə cavab olduğunu açıqladı.

Avqustun 25-də İsrail Fuadın öldürülməsinə cavab olaraq Hizbullahın öz ərazisində başlatdığı “hücumun böyük hissəsinin” qarşısını aldığını açıqladı.

Çidhari Livan Hizbullahının İsrailə başlatdığı “kütləvi hücum” haqqında açıqlama verərərk, “Ərbəin əməliyyatı Fuad Şükrün öldürülməsinə cavab olaraq həyata keçirilib.”-deyib.

Çidhari İsrailin İordan çayının qərb sahilindəki əməliyyatlarına toxunub. O, deyib: “Müqavimət güclüdür və Qəzzə döyüş meydanında qələbəni təsdiqləyir və bugünkü şərait müqavimət oxunun xeyrinədir. Sionistlər nə müqavimətə zərər verə, nə də öz məqsədlərinə nail ola bildilər”.

O vurğulayıb ki, “Qəzzada müqavimət strukturu hələ də mövcuddur və İordan çayının qərb sahilində o, yaranır və inkişaf edir. Bu gün sionist varlıq İordan çayının qərb sahilində müqavimətin formalaşması və güclənməsinə mane olmaq istəyir, lakin şübhəsiz ki, buna nail olmayacaq. ”

İran mediası Baş Qərargah rəisinin müavini, general Əli Abdullahdan sitat gətirib: “İsrailə ağır zərbə endirəcəyik, lakin cavabın vaxtı dəqiqləşdirilməyib. Sionist dövlət nəzərə almalıdır ki, İran bu cinayətə göz yummayacaq”.

Pentaqonun sözçüsü general-mayor Pat Ryder çərşənbə axşamı axşam jurnalistlərə deyib ki, “İran qisas almaq niyyətində olduğunu bildirib, ona görə də biz bu təhdidi ciddiyə almağa davam edəcəyik”.

İran Haniyənin qisasını necə alacağını bildirib
Məqalədə: #İsmayıl Haniyə #İran İnqilab Keşikçiləri Korpusu

Mövzu üzrə digər xəbərlər

Tramp İran məsələsində Venesuela variantını istisna etmir
ArabAZ analitika: Geosiyasi təhlillər

Tramp İran məsələsində Venesuela variantını istisna etmir

13 Sentyabr 21:59
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
ArabAZ analitika: Geosiyasi təhlillər

Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?

13 Sentyabr 08:42
İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
ArabAZ analitika: Geosiyasi təhlillər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq

12 Sentyabr 18:28
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12 Sentyabr 12:53

Son Xəbərlər

Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.