8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

USS Ruzvelt uzun müddətli Yaxın Şərq missiyasından sonra geri qayıdır

13 Sentyabr 2024 12:19
USS Ruzvelt uzun müddətli Yaxın Şərq missiyasından sonra geri qayıdır

Bakı, AzerVoice

ABŞ rəsmilərinin sözlərinə görə, Pentaqonun son həftələrdə Yaxın Şərqdə Hərbi Dəniz Qüvvələrinə məxsus iki təyyarədaşıyan gəmi saxlamaqla bağlı nadir görülən qərarı cin geri qayıtmağa başlaması ilə sona çatıb.

ABŞ Müdafiə Naziri Lloyd Austin USS Abraham Linkoln-un bölgəyə daha tez çata bilməsi üçün Ruzveltin missiyasının qısa müddətlik uzadılmasını və bölgədə qalmasını əmr etmişdi. Bayden administrasiyası İran və onun dəstəklədiyi qrupların mümkün hücumlarına qarşı İsrailə kömək etmək və ABŞ əsgərlərini qorumaq üçün bölgədəki ABŞ hərbi varlığını artırmışdı.

ABŞ-ın Yaxın Şərqdəki komandirləri uzun müddətdir ki, ABŞ-ın təyyarədaşıyan gəmisi və onu müşayiət edən döyüş gəmilərinin mövcudluğunun regionda, xüsusən də İran üçün təsirli bir çəkindirici ünsür olduğunu iddia edirlər. Keçən oktyabr ayında İsrailin Qəzza zolağına başladığı hücumlarından bu yana bölgədə və ətrafında mütəmadi bir təyyarədaşıyıcı mövcud olub və qısa müddət ərzində də olsa, bölgədə eyni anda iki təyyarədaşıyıcı olacaq şəkildə fəaliyyət göstəriblər.

Qeyd edək ki, USS Dwight D. Eisenhower İsraili qorumaq və ticarət və hərbi gəmiləri Yəməndə İranın dəstəklədiyi husilərin hücumlarından qorumaq üçün bu ilin əvvəlində Qırmızı dənizdə bir neçə ay qalmışdı. Virciniya ştatının Norfolk şəhərində yerləşən təyyarə gəmisi Hərbi Dəniz Qüvvələrinin "İkinci Dünya Müharibəsindən bəri müşahidə edilən ən intensiv döyüş" olduğunu bildirdiyi səkkiz aydan çoxdur icra etdiyi vəzifəsindən sonra vətənə qayıtmışdı.

Hazırda bir neçə başqa döyüş gəmisi ilə Oman körfəzində olan Linkoln, təxminən üç həftə əvvəl Yaxın Şərqə çatmış və bu günə qədər Ruzveltlə birlikdə hərəkət etmişdir.

Xatırladaq ki, Şərqi Aralıq dənizində də çoxlu ABŞ gəmiləri mövcuddur. Qırmızı dənizdə iki esmines və idarə olunan raket sualtı gəmisi USS Georgia fəaliyyət göstərməkdədir.

Sonda əlavə edək ki, ABŞ-ın bölgədəki hərbi fəallığının ən böyük səbəbi İsrailin təhlükəsizliyini təmin etməkdir.

USS Ruzvelt uzun müddətli Yaxın Şərq missiyasından sonra geri qayıdır
Məqalədə: #İsrail #İran #ABŞ #Pentaqon #USS Teodor Ruzvelt

Mövzu üzrə digər xəbərlər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

16:26
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?

7 Sentyabr 09:00
Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı
ArabAZ analitika: Geosiyasi təhlillər

Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı

7 Sentyabr 09:00

Son Xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
21:42
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
21:36
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
21:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.