13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

Müsəlmanların Yeni Ümidi: Çin və Yeni Dünya Düzəninin Formalaşması

Xüsusilə müsəlman ölkələri ilə inkişaf etdirdiyi münasibətlər, yaxın gələcəkdə dünya düzəninin formalaşmasında həlledici rol oynaya bilər.

27 Aprel 2025 10:20
Müsəlmanların Yeni Ümidi: Çin və Yeni Dünya Düzəninin Formalaşması

BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün


Son illərdə qlobal siyasi və iqtisadi mənzərə sürətlə dəyişir. ABŞ-ın uzun illərdir davam edən dominant gücü zəiflədikcə, yeni regional güclər və ittifaqlar meydana çıxır. Bu prosesin əsas oyunçularından biri isə şübhəsiz ki, Çin Xalq Respublikasıdır. Çin, yalnız iqtisadi yüksəlişi ilə deyil, həm də qlobal siyasi təsirini artırmaq üçün yeni müttəfiqlər qazanmaq strategiyası ilə diqqət çəkir. Xüsusilə müsəlman ölkələri ilə inkişaf etdirdiyi münasibətlər, yaxın gələcəkdə dünya düzəninin formalaşmasında həlledici rol oynaya bilər.

Çinin hal-hazırkı müttəfiqlərinə nəzər saldıqda, onların böyük əksəriyyətinin müsəlman ölkələri olduğu görünür: Əfqanıstan, Pakistan, Orta Asiya ölkələri, İran və digər region dövlətləri Pekinlə müxtəlif sahələrdə dərin əməkdaşlıq qurmuşdur. Çin, "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində Orta Asiya və Yaxın Şərqdə infrastruktur layihələrini genişləndirir, yeni ticarət yolları açır və beləliklə, Amerikanın regiondakı təsirini azaltmağa yönəlmiş uzunmüddətli bir siyasət yürüdür.

Maraqlıdır ki, bu prosesdə Böyük Britaniya da dolayı şəkildə Çinin strategiyasına razılıq verir. ABŞ ilə münasibətlərində zaman-zaman gərginlik yaşayan London, Çinlə ticarət və investisiya sahəsində əməkdaşlığı genişləndirmək istəyir. Bu isə o deməkdir ki, yaxın 5 il ərzində dünya siyasətində ciddi dəyişikliklərin şahidi olacağıq: ABŞ-ın təsir dairəsinin tədricən daralması, Çinin və onunla əməkdaşlıq edən müsəlman ölkələrinin isə yeni güc mərkəzləri yaratması.

Bu kontekstdə Azərbaycanın Çin ilə əlaqələri xüsusi önəm daşıyır. ABŞ və Qərb dünyası ilə tarazlı və səmərəli münasibətlər saxlayan Azərbaycan, eyni zamanda Çinlə də strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirir. Bu, ölkəmizin çoxvektorlu və ağıllı xarici siyasətinin nümunəsidir. Azərbaycanın Çinlə əməkdaşlığı yalnız iqtisadi sahələrdə deyil, həm də siyasi, mədəni və texnoloji istiqamətlərdə genişlənməkdədir. Bu gediş, Azərbaycanın regional güc statusunu möhkəmləndirəcək və ona gələcəkdə formalaşacaq yeni dünya nizamında strateji mövqe qazandıracaqdır.

Eyni zamanda, Çin-müsəlman ölkələri əməkdaşlığının dərinləşməsi fonunda, son illər Qərbdə geniş müzakirə olunan Uyğur məsələsi də fərqli məcraya yönələ bilər. Çin, müsəlman ölkələri ilə münasibətlərini qorumaq və inkişaf etdirmək üçün daha yumşaq və çevik siyasət tətbiq edə bilər. Belə bir dəyişiklik, həm Çinin daxilində sabitliyin möhkəmlənməsinə, həm də beynəlxalq imicinin yaxşılaşmasına xidmət edəcəkdir.

Nəticə etibarilə, qarşıdakı on il ərzində dünya siyasətində yeni reallıqlar meydana çıxacaq. Çin və müsəlman ölkələri arasında əməkdaşlığın dərinləşməsi, Qərbin xüsusən də Amerikanın Yaxın Şərqdəki təsirini zəiflədəcək. Azərbaycan kimi ağıllı və çevik siyasət yürüdən dövlətlər isə bu dəyişiklikdən maksimum faydalanaraq öz inkişaf strategiyalarını gücləndirəcəklər. Bütün bunlar, yeni dünyanın formalaşmasında müsəlman ölkələrinin daha aktiv və təsirli rol oynayacağına işarə edir.

Məqalədə: #Azər Hüseynov

Mövzu üzrə digər xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Fələstin

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

09:00
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
ArabAZ analitika: Geosiyasi təhlillər

Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?

08:42
İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
ArabAZ analitika: Geosiyasi təhlillər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq

12 Sentyabr 18:28
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12 Sentyabr 12:53

Son Xəbərlər

Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
14:57
Əbu-Dabi “Bayer”lə səhra kənd təsərrüfatında yeni sınaqlara hazırlaşır
Əbu-Dabi “Bayer”lə səhra kənd təsərrüfatında yeni sınaqlara hazırlaşır
14:40
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
13:16
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
13:02
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.