4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ VOA təhlil mərkəzi VOA analitika: Geosiyasi təhlillər
VOA analitika: Geosiyasi təhlillər

Qəribə dünyadır...

Mask Tramp ilə dalaşır, sonra barışır. Yenə xod gedir, yenə geri qayıdır. Ardınca başa salırlar, bu dəfə də üzr istəyir. Bu dövrdə münasibətlər prinsiplərə deyil, maraqlara əsaslanır.

11 İyun 2025 16:00
Qəribə dünyadır...

BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

Mask Tramp ilə dalaşır, sonra barışır. Yenə xod gedir, yenə geri qayıdır. Ardınca başa salırlar, bu dəfə də üzr istəyir. Bu dövrdə münasibətlər prinsiplərə deyil, maraqlara əsaslanır.

Türkiyə ilə İsrail arasında üzdə gərginlik görüntüsü var. Lakin müxalifət nümayəndələri və hətta BMT təmsilçiləri iddia edir ki, Manisa limanından İsrailə sənaye metallarının daşınması davam edir. Digər tərəfdə Qətər İsraillə silah alqı-satqısı üçün yeni müqavilə imzalayır. Həmin Qətər ki, illərlə HƏMAS-ın siyasi ofisinə ev sahibliyi etmişdi, bu gün isə onu ölkədən çıxarır. Bəzi mənbələrin iddiasına görə, bu addımda Türkiyənin də rolu və ya xahişi olub.

Bu arada Paşinyan Qareginə söz atır, Qaregin də onu söyür. Siyasət artıq məntiq və üslub üzərində qurulmur – yalnız qarşılıqlı ittiham və aşağılama ilə doludur.

Qəribə və ziddiyyətli bir dünyada yaşayırıq.

Bu dünyada ilk dəyişməli olan şüurdur. Şüur dəyişməsə, nəfs dəyişməz. Nəfs dəyişməsə, toplum dəyişməz. Bu, sadəcə fəlsəfə deyil – Qurani-Kərimin öz bəyanıdır:

> “Həqiqətən, Allah bir qövmün vəziyyətini, onlar özlərini dəyişmədikcə dəyişməz.”
(ər-Rə’d surəsi, 11-ci ayə)

Bu gün bir daha açıq şəkildə deməliyik: Azərbaycan başda olmaqla, bütün müsəlman ölkələrinin ərazi bütövlüyü qorunmalıdır. Bu torpaqları daha da balacalaşdırmaq, zəiflətmək istəyirlər. Bu, imperializmin uzun müddətdir tətbiq etdiyi "parçala və hökm sür" strategiyasıdır.

Bu oyunu anlamaq üçün şüur dəyişməlidir. Əks təqdirdə, müsəlman dünyasında hər “eyyy” sədası sadəcə gurultu olaraq qalacaq – nəticəsiz, izsiz, xatirəsiz...

Məqalədə: #Azər Hüseynov

Mövzu üzrə digər xəbərlər

Nə üçün hicab məsələsi belə gündəm edilir?
Cəmiyyət

Nə üçün hicab məsələsi belə gündəm edilir?

3 Fevral 14:39
Müsəlman dünyasında təşəbbüskarlıq niyə zəifləyib?
Cəmiyyət

Müsəlman dünyasında təşəbbüskarlıq niyə zəifləyib?

23 Yanvar 12:00
İnsanlıq İslama müsəlman dünyası İnsanlığa ehtiyac duyur
Cəmiyyət

İnsanlıq İslama müsəlman dünyası İnsanlığa ehtiyac duyur

22 Yanvar 13:51
Eşq
Cəmiyyət

Eşq

19 Yanvar 11:48

Son Xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.