4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ VOA təhlil mərkəzi VOA analitika: Geosiyasi təhlillər
VOA analitika: Geosiyasi təhlillər

İran bir “intihar” dövlətidirmi?

Bu başlıq sizə bir qədər qəribə gələ bilər. Lakin son günlərdə baş verən hadisələrə baxdıqda, bu ifadənin arxasında müəyyən məna olduğu aydın olur.

20 İyun 2025 20:39
İran bir “intihar” dövlətidirmi?

BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

Bu başlıq sizə bir qədər qəribə gələ bilər. Lakin son günlərdə baş verən hadisələrə baxdıqda, bu ifadənin arxasında müəyyən məna olduğu aydın olur. Artıq neçə gündür ki, İsrail və İran bir-birinə qarşı raket və hava hücumları həyata keçirir. Hər iki tərəfdə ciddi itkilər var. İsrailin ilk zərbələrində İranın bir sıra yüksək rütbəli generalları və nüvə sahəsində çalışan alimləri hədəfə alınaraq öldürüldü.

Bu hadisədən sonra həm Azərbaycanda, həm də beynəlxalq ictimaiyyətdə suallar yaranmağa başladı: İran bu qədər yüksək rütbəli şəxsləri niyə qoruya bilmədi? Axı bu səviyyədə ardıcıl itkilər, ciddi kəşfiyyat boşluqlarının göstəricisidir. Bəli, bu hücumlar İranın kəşfiyyat və əks-kəşfiyyat sistemində zəifliklərin olduğunu göstərir. Lakin məsələ bununla bitmir. İran kimi bir ölkə, uzun illərdir ki, dünyanın ən inkişaf etmiş texnologiyalarına sahib dövlətlərinin – xüsusilə də ABŞ, İsrail və Böyük Britaniyanın – kəşfiyyat, peyk və informasiya nəzarəti altındadır.

Üstəlik, İranın daxilindəki etnik və siyasi struktur da casus şəbəkələri üçün əlverişli zəmin yaradır. İrandakı türklər, kürdlər, ərəblər, bəhai və digər azlıqların bir hissəsinin narazılığı, xarici kəşfiyyatlar üçün "verbovka" imkanlarını artırır. Bu fəaliyyətlər üçün lazım olan maddi resurslar isə, əlbəttə, Qərbin və xüsusilə ABŞ-ın əlindədir.

Bütün bunlara baxmayaraq, maraqlı bir məqam ortaya çıxır: bu qədər yüksək səviyyəli şəxsi itirən İran, cəmi bir neçə gün içində toparlanaraq İsrailə qarşı kütləvi raket zərbələri endirdi. Həm də bu zərbələr planlı, koordinasiyalı və ardıcıl idi. Sadə əsgərlik keçmiş bir insan belə bilir ki, belə əməliyyatlar ciddi hazırlıq, komanda və idarəetmə tələb edir. Bu da onu göstərir ki, İran tipli sistemlərdə idarəetmə təbəqəlidir – yəni bütün laylara eyni anda çıxış yoxdur. Hər kəs hər şeyi bilmir, amma sistem, əsas komanda zəncirindəki sabitlik sayəsində fəaliyyətini davam etdirə bilir.

İran bir "intihar" dövlətidir. Çünki yarandığı gündən etibarən sanksiyalar, hərbi təhdidlər və mümkün müdaxilə qorxusu ilə yaşayıb. Bu səbəbdən də öz siyasi fəlsəfəsini belə qurub: “Əgər mən çökürəmsə, bölgə də mənimlə birgə çökməlidir.” Bu yanaşma onu əslində daxildən və ya xaricdən rejim dəyişikliyinə məruz qoymaq istəyənlər üçün çox təhlükəli edir. İran bu "intihar fəlsəfəsi" ilə bir növ qarşısındakı gücləri çəkindirməyi bacarır.

Daha bir diqqətçəkən məqam isə İranın bu gərginlik zamanı nümayiş etdirdiyi soyuqqanlılıqdır. Bir çox Qərb ekspertləri də bunu etiraf edirlər. Emosional deyil, riyazi və strateji düşünən bir rejimlə qarşı-qarşıyayıq.

Məqalədə: #Azər Hüseynov

Mövzu üzrə digər xəbərlər

Nə üçün hicab məsələsi belə gündəm edilir?
Cəmiyyət

Nə üçün hicab məsələsi belə gündəm edilir?

3 Fevral 14:39
Müsəlman dünyasında təşəbbüskarlıq niyə zəifləyib?
Cəmiyyət

Müsəlman dünyasında təşəbbüskarlıq niyə zəifləyib?

23 Yanvar 12:00
İnsanlıq İslama müsəlman dünyası İnsanlığa ehtiyac duyur
Cəmiyyət

İnsanlıq İslama müsəlman dünyası İnsanlığa ehtiyac duyur

22 Yanvar 13:51
Eşq
Cəmiyyət

Eşq

19 Yanvar 11:48

Son Xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.