12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Texnologiya
Texnologiya

Anthropic ABŞ hökuməti ilə əlaqələr üçün yeni rəhbər seçib

Anthropic şirkəti Mariano-Florentino Kuelyarı ilk qlobal məsələlər üzrə direktoru təyin edib. O, ABŞ hökuməti və şirkətin fəaliyyət göstərdiyi ölkələrlə əlaqələrin inkişafına rəhbərlik edəcək. Kuelyar daha əvvəl Barak Obama administrasiyasında çalışıb və Anthropic-in Uzunmüddətli Fayda Fondunda təmsil olunub. Şirkət onun dövlət idarəçiliyi və süni intellekt siyasəti sahəsindəki təcrübəsinin qlobal tənzimləmə məsələlərində mühüm rol oynayacağını bildirir. Bu təyinat Tramp administrasiyası ilə süni intellektin tənzimlənməsi ətrafında davam edən müzakirələr fonunda baş verib.

4 Avqust 2026 21:04
Anthropic ABŞ hökuməti ilə əlaqələr üçün yeni rəhbər seçib

BAKI,VOA,Yusif Şərifzadə

Claude süni intellekt modellərinin yaradıcısı Anthropic şirkəti Mariano-Florentino Kuelyarı (Mariano-Florentino Cuéllar) ilk qlobal məsələlər üzrə direktoru vəzifəsinə təyin edib.

VOA xəbər verir ki, Kuelyar şirkətin prezidenti Daniela Amodeiyə tabe olacaq və fəaliyyətini Anthropic-in San-Fransiskodakı baş qərargahında davam etdirəcək.

Onun əsas vəzifələri ABŞ hökuməti ilə əlaqələrin idarə olunması, eləcə də Anthropic-in fəaliyyət göstərdiyi və genişləndiyi ölkələrlə münasibətlərin koordinasiya edilməsi olacaq.

Şirkət bildirib ki, Kuelyarın təyinatı dövlət idarəçiliyi və süni intellekt sahəsində geniş təcrübəyə malik, müxtəlif tərəflər arasında konsensus yaratmaq bacarığı ilə seçilən şəxsə üstünlük verilməsi ilə bağlıdır.

Mariano-Florentino Kuelyar ABŞ-ın keçmiş prezidenti Barak Obamanın administrasiyasında xüsusi köməkçi vəzifəsində çalışıb. O, bu il Tramp administrasiyasının Anthropic-in bəzi süni intellekt texnologiyalarına tətbiq etdiyi məhdudiyyətlər və nəzarət tədbirləri fonunda şirkətlə ABŞ hökuməti arasında əməkdaşlığın inkişafına cavabdeh olacaq.

Kuelyar bu ilin yanvar ayından Anthropic-in ictimai maraqlara xidmət missiyasına nəzarət edən Uzunmüddətli Fayda Fondunun üzvü idi. Yeni vəzifəsi ilə əlaqədar həmin postdan ayrılacaq və fond onun yerinə yeni üzv seçəcək.

Məqalədə: #ABŞ #Süni intellekt #Donald Tramp #Barak Obama #texnologiya #Anthropic #Claude #Mariano-Florentino Kuelyar

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

11 Sentyabr 13:08
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41
Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb
Texnologiya

Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb

10 Sentyabr 20:45
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
Texnologiya

OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib

9 Sentyabr 21:19

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.