8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabCars
ArabCars

Elektromobil böhranı: Audi tamamilə elektrikli olmaq planını dəyişdi

Avtomobil sənayesi hazırda bir növ keçid dövrünün çətinliklərini yaşayır. 2020-ci illərin ortalarına qədər tam gücü ilə hiss olunacağı vəd edilən elektromobil inqilabı yavaş irəliləyirdi və indi ABŞ-da xeyli ləngiyib. Bu da istehsalçıları çox yanacaq içən ənənəvi maşınlardan tutmuş hibrid və elektromobillərə qədər uzanan qarışıq çeşidlərlə baş-başa qoyub.

8 Mart 2026 11:09
Elektromobil böhranı: Audi tamamilə elektrikli olmaq planını dəyişdi

BAKI, VOA, AutoHUB

Avtomobil sənayesi hazırda bir növ keçid dövrünün çətinliklərini yaşayır. 2020-ci illərin ortalarına qədər tam gücü ilə hiss olunacağı vəd edilən elektromobil inqilabı yavaş irəliləyirdi və indi ABŞ-da xeyli ləngiyib. Bu da istehsalçıları çox yanacaq içən ənənəvi maşınlardan tutmuş hibrid və elektromobillərə qədər uzanan qarışıq çeşidlərlə baş-başa qoyub.

Elektrik mühərriklərinin daxili yanma mühərriklərini nə vaxt tamamilə sıxışdırıb çıxaracağı ilə bağlı belə bir qeyri-müəyyənlik fonunda, avtomobil istehsalçıları sərmayələrini benzin və elektrik arasında bölüşdürdüyü üçün növbəti 10 il həlledici olacaq. Son media tədbirlərinin birində Audi-nin baş icraçı direktoru (CEO) Qernot Döllner (Gernot Döllner) ilə söhbət zamanı öyrəndik ki, ABŞ-da benzin mühərrikləri hələ də populyar olduğundan, Audi bu keçid dövrünə daha ehtiyatlı yanaşmağı planlaşdırır.

VOA xəbər verir ki, elektromobillər ABŞ bazarında satış göstəricilərini davamlı olaraq artırırdı. Lakin 2025-ci ilin payızında Tramp administrasiyasının elektromobillər üçün tətbiq edilən federal vergi güzəştlərini ləğv etməsi bu irəliləyişi dayandırdı, ilin sonunda satışları kəskin şəkildə aşağı saldı və bir çox istehsalçını ABŞ üçün nəzərdə tutulmuş gələcək elektromobil layihələrini dondurmağa və ya ləğv etməyə vadar etdi.

Audi dəyişən bu tendensiyaları diqqətdə saxlayır. Döllner vəziyyəti belə izah edib: "Mühərrik konsepsiyaları mütləq şəkildə yenidən daxili yanma mühərriklərinə doğru yönələcək. Hazırda mənzərə budur və mən batareyalı elektromobillərin o qədər də tez geri dönəcəyini düşünmürəm".

Coğrafi fərqlər reallıqdır

Əlbəttə, bu tendensiya hər bazara aid deyil. Çin və Avropada elektromobil satışları daha sürətlə artır və bu da ənənəvi mühərriklərdən uzaqlaşan dünyada ABŞ-ın bir növ "benzin adasına" çevrilməsi ehtimalını yaradır. Lakin Döllner məsələyə belə baxmır.

"Bazarlar çox dinamikdir və hər birinin öz xüsusiyyəti var. Məsələn, ABŞ-da daxili yanma mühərriklərinə üstünlük verən güclü SUV və pikap seqmenti var. Çin batareyalı elektromobillər üzrə liderdir, lakin orada da mənzili uzadılmış (EREV) və hətta plug-in hibrid modellərə doğru bir geri dönüş yaşanır. Ortada o qədər dinamika var ki, prosesin hara gedib çıxacağını əvvəlcədən söyləmək asan deyil" – deyə Döllner qeyd edib.

Fərqli bazarların fərqli templərlə inkişaf etməsi səbəbindən Audi 2033-cü ilə qədər tamamilə elektrikli avtomobillərə keçmək planından geri çəkilib. Bu qərarın verilməsində ABŞ bazarının rolu böyük olsa da, Döllner bunun ABŞ-ı əhəmiyyətsizləşdirdiyini düşünmür. Əksinə, o hesab edir ki, mühərrik növlərinə fərqli yanaşmalar Audi kimi qlobal bir marka üçün daha geniş üstünlüklər yaradacaq.

"Mən ortada hər hansı təcrid olunmuş bir ada görmürəm, sadəcə onsuz da bizim çevikliyə ehtiyacımız olduğunu anlayıram".-deyə o əlavə edib.

Hələlik Audi yalnız benzin və hibridlə işləyən avtomobilləri üçün mövcud platformalarını təkmilləşdirməyə davam edəcək.

Mühərriklərlə bağlı böyük qərarlar 2030-cu illərdə verilə bilər

Yeganə istisna A3 və ondan kiçik olan kompakt avtomobillərdir. Onlar "Çin və Avropa qanunvericiliyinin tələblərinə əsasən, 2030-cu illərin əvvəllərində tamamilə elektrikli olacaqlar". Lakin Döllnerin sözlərinə görə, ümumilikdə mühərriklərlə bağlı əsas qərar növbəti onilliyin əvvəllərində veriləcək.

"Bəlkə də bu qərar 30-cu illərin əvvəlində verilməli olacaq. Əgər xüsusilə ABŞ-da daxili yanma mühərriklərinə hələ də tələbatın olduğunu görsək, o zaman ənənəvi mühərrikli avtomobillər üçün yeni nəsil platforma haqqında düşünməli olacağıq".-deyə o əlavə edib.

Gələcəkdə bizi hansı avtomobillər gözləyir?

Audi-nin gələn onilliyin ortalarına qədər daxili yanma sistemlərini inkişaf etdirməyə açıq olması, marka həvəskarlarında əfsanəvi R8 superkarının xələfinin yolda olub-olmaması ilə bağlı suallar yaradır. Keçən il yayılan şayiələrə görə, Audi hibrid V-8 mühərrikli Lamborghini Temerario-nun bənzərini yarada bilər. Döllner yeni superkar barədə xəbərləri rəsmən təsdiqləməsə də, bunu istisna da etməyib.

O, gələcək superkarın fərqli bir ad daşıya biləcəyinə işarə edərək deyib: "Bu, gələcəkdə düşünülə biləcək bir şeydir. Ən mükəmməli odur ki, mən olduqca qənaətcil şəhər avtomobili olan A2-dən tutmuş super idman avtomobilinə, kiçik SUV-dən ABŞ bazarı üçün sərt SUV-yə qədər hər birinin Audi brendinə uyğun gələcəyini təsəvvür edə bilirəm".

Bu, Audi-nin yolsuzluq üçün nəzərdə tutulmuş bir SUV üzərində işlədiyini eşitdiyimiz ilk hal deyil. Keçən ilki hesabatlarda bu modelin Scout platforması əsasında yığıla biləcəyi ehtimal olunurdu.: "Biz atılacaq növbəti addımların nələr olduğunu dəyərləndiririk".-deyə Döllner fikrini yekunlaşdırıb.

Məqalədə: #Audi #AutoHub #Elektromobil böhranı #Gernot Döllner #SUV

Mövzu üzrə digər xəbərlər

419 at güclü yeni nəsil Nissan Patrol təqdim olundu
Avto İcmal və Testlər

419 at güclü yeni nəsil Nissan Patrol təqdim olundu

29 İyun 22:00
Audi, 1000 at güclü V8 mühərrikli "Nuvolari" superkarı təqdim etdi
Avto İcmal və Testlər

Audi, 1000 at güclü V8 mühərrikli "Nuvolari" superkarı təqdim etdi

8 İyun 00:10
Porsche əfsanəvi modelin istehsalını dayandırır
Avto İcmal və Testlər

Porsche əfsanəvi modelin istehsalını dayandırır

6 May 23:59
Honda Accord satışları 42% artdı, Camry də geridə qalmır
ArabCars

Honda Accord satışları 42% artdı, Camry də geridə qalmır

1 May 23:51

Son Xəbərlər

Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
11:08
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
11:00
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
10:28
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
10:22
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
10:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.