10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Respublikaçıların “Qızıl Dövrü” ABŞ-da bölünmələri gücləndirir

Trampın “qızıl dövr” elan etdiyi ikinci prezidentliyi ABŞ-da siyasi bölünmələri daha da dərinləşdirir.

9 Mart 2025 20:00
Respublikaçıların “Qızıl Dövrü” ABŞ-da bölünmələri gücləndirir

BAKI,DOnaldAnalitik Təhlil Mərkəzi

İkinci dönəmində Konqres qarşısında ilk çıxışı zamanı ABŞ prezidenti Donald Tramp “Amerikanın geri dönüşünü” və onun qızıl dövrünün başlanğıcını elan etdi. Respublikaçılar bu açıqlamaları alqışlarla qarşılasa da, demokratlar tərəfindən sərt tənqid və etirazla qarşılandı. Hətta bir demokrat nümayəndə etiraz səbəbindən qanunverici məclisdən çıxarıldı.

Bu mənzərə Konqres daxilində və xaricində dərin bölünmələrin olduğunu göstərdi. Lakin hazırda reallıq odur ki, respublikaçılar hakimiyyətin bütün qollarına nəzarət edirlər və Tramp bunu çox yaxşı bilir. Buna görə də o, qanunverici məclis qarşısında əlavə vədlər və qeyri-adi tələblərlə çıxış etdi. "Vaşinqton Hesabatı" proqramı ABŞ prezidentinin açıqlamalarının arxa planını, demokratların onu necə dayandırmaq strategiyasını və onun xarici siyasətə dair - olduqca məhdud şəkildə toxunduğu - bəyanatlarının mənasını araşdırır. Bu çıxış, müasir tarixdə ən uzun müddət davam edən prezident çıxışlarından biri kimi, təxminən 1 saat 40 dəqiqə çəkdi.

Amerikanın qızıl dövrü

Bayden administrasiyasının keçmiş Dövlət Departamentinin sözçü müavini Qalina Porter “qızıl dövr” ifadəsini rədd edir. Onun fikrincə, Tramp etnik azlıqları və onunla razılaşmayan insanları istisna edir. “Bilmirəm, o, bu qızıl dövrə bütün amerikalıları daxil etmək istəyirmi?”- deyə o bildirib.

Bunun əksinə olaraq, Etika və İctimai Siyasət Mərkəzinin baş tədqiqatçısı Henri Olsen Trampı azlıqları görməzdən gəlməkdə ittiham etməyi doğru hesab etmir. O bildirir ki, Trampın tərəfdarları arasında latınamerikalılar, asiyalılar, yerli amerikalılar və hətta afroamerikalılar digər respublikaçı prezidentlərlə müqayisədə daha böyük faiz təşkil edir. Olsenə görə, Tramp çox dəqiq vədlər verir və onları rekord müddətdə, az diplomatiya ilə yerinə yetirir.

Trampın keçmiş seçki kampaniyası üzrə rəsmisi Çarli Kollin isə ABŞ-ın həqiqətən qızıl dövrə daxil olduğunu iddia edir və bildirir ki, Trampa səs verən hər kəs onun həyata keçirdiyi siyasətdən məmnundur. “Tramp uğurlarını, vədlərini və hədəflərini asan başa düşülən şəkildə izah etməklə ağıllı bir addım atdı. O göstərdi ki, yeganə əngəl demokratlardır”, - deyə o vurğulayır.

Bu fikirlər Porter tərəfindən tənqid olunur. O, Trampın çıxışını parçalanmanı gücləndirən nitq kimi dəyərləndirir və bildirir ki, prezident bütün amerikalıların lideri olmalı və buna uyğun hərəkət etməlidir. “Siyasətindən yalnız ona səs verənlər yox, hər kəs faydalanmalıdır. Qərarlarda ədalət olmalıdır”, - deyə o bildirir.

Henri Olsen isə Amerikanın onsuz da uzun müddətdir getdikcə artan bölünmələrlə üzləşdiyini və Trampın bu bölünmələri həll etməyə çalışmadığını düşünür. Onun fikrincə, Tramp bunun əvəzinə öz strategiyasını tətbiq edərək insanlara onun effektivliyini göstərmək istəyir. “Tramp ənənəvi siyasətçilərin etdiyi kimi güzəştə getmir, o, bölünməni qoruyur və hesab edir ki, insanlar zamanla onun tərəfinə keçəcək”, - deyə Olsen bildirir.

Tramp həmçinin populizmi üstün tutmaqda və Respublikaçı Partiyanın əsas prinsiplərini həyata keçirməməkdə günahlandırılır. Olsen isə Trampın nitqinin həm populizmə, həm də respublikaçı siyasətinə əsaslandığını bildirir. O vurğulayır ki, Tramp populistlərin hər istəyini yerinə yetirmir – məsələn, korporativ vergilərin artırılması və abort məsələsində sərt mövqe tutmaq kimi məsələlərdə müəyyən güzəştlərə gedir. Lakin eyni zamanda, o, populistlərin arzuladığı bir çox şeyi – Ukraynada sülhə nail olmaq və sərhədləri bağlamaq kimi addımları atıb.

İlon Mask mübahisəsi

Trampın çıxışı eyni zamanda administrasiyasında İlon Maskın böyük nüfuzu olduğunu da vurğuladı. Maskın federal hökumətin bürokratiyasına qarşı qəbul etdiyi mübahisəli qərarlar bəzi dövlət qurumlarının bağlanmasına və minlərlə federal işçinin işdən çıxarılmasına səbəb olub. Bu addımlara görə Tramp ciddi tənqidlərə məruz qalıb. Çünki Mask nə seçkilərlə hakimiyyətə gəlib, nə də vəzifəsinə təsdiqlənib.

Lakin Kollin bu tənqidlərə qarşı çıxır və amerikalıların hökumət idarəçiliyində ciddi dəyişiklik istədiyini vurğulayır. "Hökumətin idarə olunma tərzini yeniləmək üçün dünyanın ən innovativ rəhbərlərindən birini seçməkdən daha yaxşı nə ola bilər?" - deyə o bildirir. Onun fikrincə, dəyişikliklərin bəzilərini qəzəbləndirməsi təbiidir və demokratları "artıq bürokratiyanı qorumağa çalışmaqda" ittiham edir.

Porter isə əksinə, respublikaçıları demokratları "günah keçisi" kimi istifadə etməkdə ittiham edir. O, Maskın ABŞ hökumətinə rəhbərlik etməsinin düzgün olmadığını deyir: "Hökumətin mükəmməl olmadığını və daha səmərəli olmalı olduğunu bilirəm. Amma səmərəliliyi təmin edən şəxs milyarder olmamalıdır".

Olsen isə Maskın ABŞ vətəndaşı olduğunu və ABŞ tarixində əvvəllər də seçilməmiş şəxslərin mühüm vəzifələrə gətirildiyini xatırladır. "Keçmişdə Bill Klinton həyat yoldaşı Hillari Klintonu səhiyyə islahatları komissiyasının rəhbəri etmişdi və bu da birmənalı qarşılanmamışdı. Mask da bəyənilməyə bilər, amma əgər o, səlahiyyətlərini aşarsa, Tramp ondan imtina edər". - deyə Olsen bildirib.

Xarici siyasət məsələləri

Tramp çıxışında xarici siyasətə geniş yer ayırmasa da, Ukraynadakı müharibəni bitirmək istəyində israrlı olduğunu bir daha vurğuladı.

Porter Trampı Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş zamanı “tələ qurmaqda” ittiham edir və bunu planlı bir addım hesab edir. O bildirir ki, "Tramp prezident Putini Zelenskidən daha çox sakitləşdirmək istəyir".

Olsen isə Trampın Zelenski ilə görüşünü "təəssüf doğuran" və ABŞ-ın beynəlxalq mövqeyinə zərər verən addım kimi qiymətləndirir. O qeyd edir ki, Tramp administrasiyası ABŞ-Ukrayna münasibətlərini "daha sürətli və geniş miqyasda" bərpa etməlidir.

Məqalədə: #ABŞ #Donald Tramp #miqrant problemi #ABŞ-İsrail ortaq strategiyası #ABŞ-İsrail texnoloji əməkdaşlığı

Mövzu üzrə digər xəbərlər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

09:00
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

9 Sentyabr 09:00
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58

Son Xəbərlər

Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
11:23
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
11:00
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
10:37
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
10:06
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
10:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.