6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Qətər və Oman İranı nüvə danışıqlarında mövqeyini yumşaltmağa razı salıb

19 May 2025 18:00
Qətər və Oman İranı nüvə danışıqlarında mövqeyini yumşaltmağa razı salıb

BAKI,AzerVoice / Analitik Təhlil Mərkəzi

İranın paytaxtı Tehranda Qətər, Oman və İran xarici işlər nazirlərinin bazar günü keçirilən üçtərəfli görüşünün məqsədi İranın nüvə danışıqlarında mövqeyini yumşaltması üçün təzyiq göstərmək ola bilər. Siyasi müşahidəçilər bu görüşün dostcasına ab-hava ilə keçməsinə baxmayaraq, ABŞ başda olmaqla beynəlxalq tərəflər adından Qətər və Oman tərəfindən dolayı yolla təzyiq mesajlarının çatdırıldığı ehtimalını istisna etmirlər.

Məlumatlara görə, görüş bəzi Körfəz ölkələrinin təşəbbüsü və İranın ehtiyatlı razılığı ilə baş tutub. Bu da İranı uranın zənginləşdirilmə səviyyəsini artırmaq planlarından daşındırmaq üçün atılan yeni diplomatik addım kimi qiymətləndirilir.

İddiaya görə, Qətər və Oman vasitəsilə İrana uranın zənginləşdirilməsinin dayandırılması və ya azaldılması müqabilində iqtisadi və təhlükəsizlik təşviqlərini əhatə edən beynəlxalq təklif təqdim edilib. ABŞ isə İranın zənginləşdirməni tamamilə dayandırmasını əsas şərt kimi irəli sürür. Məhz bu tələb, yeni nüvə razılaşmasının qarşısında ən ciddi maneə olaraq qalır.

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Stiv Uitkof bazar günü verdiyi açıqlamada, Vaşinqtonun “heç bir zənginləşdirməyə icazə verilməməsi” prinsipindən geri çəkilməyəcəyini bəyan edib: “Bu, qırmızı xətdir. Hətta 1 faiz belə qəbulolunmazdır. Zənginləşdirmə silahlanma imkanı yaradır və buna icazə verməyəcəyik,” – deyə o, ABC-yə müsahibəsində bildirib.

İran isə bu açıqlamaya dərhal reaksiya verərək, xarici işlər nazirinin müavini Abbas Əraqçinin sözlərini yayımlayıb: “Bu qeyri-realist gözləntilər danışıqları tıxayır. Zənginləşdirmə İranda dayandırıla biləcək bir proses deyil.” O, Uitkofun mövqeyini reallıqdan uzaq adlandırıb və zənginləşdirmənin davam edəcəyini bildirib.

Bununla belə, tərəflərin yaxın günlərdə Avropada yeni bir görüş keçirməyə hazırlaşdıqları bildirilir. Uitkof qarşıdan gələn danışıqlardan nikbin olduğunu deyərək “bu, real irəliləyişə gətirib çıxara bilər” fikrini səsləndirib.

Qətər, İran və Oman xarici işlər nazirlərinin Tehranda keçirilən görüşü, “Tehran Dialoq Forumu” çərçivəsində baş tutub. Görüşdə Omanın xarici işlər naziri Bədr əl-Busaidi, İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi və Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani iştirak ediblər. Görüşdə Vaşinqtonla Tehran arasında aparılan nüvə danışıqlarının son vəziyyəti və müzakirələrin irəlilədilməsi üçün diplomatik səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Nazirlər, Qətərin təşəbbüsünü və səyləri yüksək qiymətləndirib, regionda və beynəlxalq miqyasda təhlükəsizlik və sabitliyin bərpası üçün koordinasiyalı səylərin vacibliyinə diqqət çəkiblər.

Xatırladaq ki, İranla ABŞ arasında son dördüncü görüş mayın 11-də Oman Sultanlığında keçirilib. Tehran həmin görüşü “çətin, lakin faydalı,” Vaşinqton isə “təqdirəlayiq və ümidverici” kimi dəyərləndirmişdi.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 2015-ci ildə əldə olunmuş nüvə sazişindən 2018-ci ildə çıxaraq İrana qarşı sərt sanksiyalar tətbiq etmişdi. Hazırda tərəflər həmin razılaşmanı fərqli şərtlərlə bərpa etməyə çalışırlar.

Məqalədə: #İran sanksiyaları #İran nüvə proqramı #İranın uran zənginləşdirməsi #İranın uran zənginləşdirmə siyasəti #Qətər və Oman diplomatik missiyası #Tehran nüvə danışıqları #Uran zənginləşdirmə mübahisəsi #Tehran Dialoq Forumu #Stiv Uitkof İran açıqlaması #Abbas Əraqçi mövqeyi #Körfəz ölkələrinin vasitəçiliyi #Donald Tramp və İran sanksiyaları #Oman və Qətərin regional rolu #Beynəlxalq nüvə təzyiqləri #Nüvə danışıqlarında son vəziyyət

Mövzu üzrə digər xəbərlər

Oman banklarında kreditlər depozitləri üstələyib
Oman

Oman banklarında kreditlər depozitləri üstələyib

30 Avqust 18:33
Nüvə sənayemiz dünyanın aparıcı ölkələri ilə eyni səviyyədədir - İranın nüvə rəhbəri
İran

Nüvə sənayemiz dünyanın aparıcı ölkələri ilə eyni səviyyədədir - İranın nüvə rəhbəri

27 Avqust 12:51
Omanın dövlət gəlirləri ilin birinci yarısında 13 faiz artaraq 17.2 milyard dollara çatıb
Oman

Omanın dövlət gəlirləri ilin birinci yarısında 13 faiz artaraq 17.2 milyard dollara çatıb

25 Avqust 09:13
İran ABŞ-la zəruri hesab etdiyim razılaşmanı bağlamayacaq - Tramp
Digər Dövlətlər

İran ABŞ-la zəruri hesab etdiyim razılaşmanı bağlamayacaq - Tramp

17 Avqust 22:20

Son Xəbərlər

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
11:00
Omanda nəqliyyat və logistika sektorunda  yaşıl hidrogen dövrü başlayır
Omanda nəqliyyat və logistika sektorunda yaşıl hidrogen dövrü başlayır
10:54
Səudiyyə Ərəbistanının humanitar yardımlarının həcmi 145 milyard dolları ötüb
Səudiyyə Ərəbistanının humanitar yardımlarının həcmi 145 milyard dolları ötüb
10:53
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
10:45
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
10:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.