ABŞ və İsrailin hərbi addımları beynəlxalq hüququ zəiflədir – Əraqçi
İranın Xarici İşlər naziri Abbas Əraqçi bildirib ki, Tehran və Vaşinqton razılığa gəlməyə çox yaxın olublar, lakin ABŞ “sıfır zənginləşdirmə” tələb etdiyindən proses uğursuz olub və nəticədə ABŞ diplomatiya əvəzinə qarşıdurmanı seçib. Əraqçi Muskatda “Musa əl-Fərrac ” proqramına verdiyi müsahibədə Oman Sultanlığının uzunmüddətli və effektiv vasitəçilik rolunu yüksək qiymətləndirib. O qeyd edib ki, beynəlxalq münasibətlər ABŞ və İsrailin nəzarətsiz güc tətbiqindən təsirlənərək “cangüdümlü qanun” vəziyyətinə qayıdıb.
ABŞ-la danışıqlar dayandırılıb, Vaşinqton real iradə nümayiş etdirmir - İran XİN
İranın Xarici İşlər naziri Abbas Əraqçi bildirib ki, İran və ABŞ arasında hazırda heç bir danışıqlar aparılmır və Vaşinqton real, ədalətli dialoq üçün zəruri iradəni nümayiş etdirməyib. France 24 kanalına verdiyi müsahibədə Əraqçi qeyd edib ki, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkofla əlaqə kanalları mövcud olsa da, hazırda heç bir danışıqlar prosesi başlamayıb. O əlavə edib ki, müxtəlif vasitəçilər mesajları ötürməyə davam etsələr də, ABŞ tərəfi real danışıqlara hazır deyil.
İraq siyasi lideri Tehranda İran XİN rəhbəri ilə görüşüb
İraq Milli Hikmət Hərəkatının lideri Seyyid Ammar əl-Həkim Tehranda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüş keçirib. İraq Milli Hikmət Hərəkatının lideri Seyyid Ammar əl-Həkim Tehranda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüş keçirib.
Tehran nüvə danışıqlarının bərpası üçün şərtlər irəli sürüb
İran xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran yalnız qarşılıqlı faydalı və balanslaşdırılmış razılaşmaya hazır olan tərəflərlə danışıqlara qayıda bilər.
Xamenei ilə razılaşma istəyirsənsə, əvvəlcə hörmət etməyi öyrən - Araqçi Trampa səsləndi
“İran xalqı nə təhdidi, nə də təhqiri qəbul edir”-deyə İran Xin xrəhbəri “X” platformasında paylaşım edib.