5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İraq siyasi lideri Tehranda İran XİN rəhbəri ilə görüşüb

İraq Milli Hikmət Hərəkatının lideri Seyyid Ammar əl-Həkim Tehranda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüş keçirib. İraq Milli Hikmət Hərəkatının lideri Seyyid Ammar əl-Həkim Tehranda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüş keçirib.

8 Sentyabr 2025 11:22
İraq siyasi lideri Tehranda İran XİN rəhbəri ilə görüşüb

BAKI, AzerVoice, Fərid Mikayılov

İraq Milli Hikmət Hərəkatının lideri Seyid Ammar əl-Həkim Tehranda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüş keçirib.

AzerVoice xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

Danışıqlarda tərəflər İran-İraq əlaqələrinin hazırkı vəziyyətini dəyərləndirib və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Söhbətlərdə regional problemlər, xüsusilə də İsrailin işğal altındakı Fələstin torpaqlarında həyata keçirdiyi soyqırım və müharibə ritorikası əsas müzakirə mövzusu olub.

Tərəflər beynəlxalq ictimaiyyətin və region ölkələrinin fələstinlilərə dəstək göstərməsi, İsrailin cinayətlərinin dayandırılması və məsul şəxslərin cəzalandırılması üçün ciddi addımlar atılmasının zəruriliyini bəyan ediblər.

İran XİN rəhbəri Abbas Əraqçi, İsrail və ABŞ-ın İrana qarşı son təcavüzlərini xatırladaraq, bu hücumları qətiyyətlə pisləyən və həmrəylik göstərən İraq hökumətinə, xalqına, dini rəhbərlərinə və siyasi fiqurlarına təşəkkür edib. O bildirib ki, İran silahlı qüvvələrinin sərt cavabı və xalqın birliyi düşmənlərin planlarını puça çıxarıb.

Öz növbəsində Seyyid Ammar əl-Həkim, İsrailin qanunsuz hücumlarına qarşı İranın güclü müdafiəsini yüksək qiymətləndirib. O, bölgədə sülh və təhlükəsizliyi qorumaq üçün regional əməkdaşlığın və həmrəyliyin vacibliyini vurğulayıb.

Məqalədə: #İran #İraq #İran XİN #Abbas Əraqçi #İsrail və İran gərginliyi #İran-İraq əlaqələri #İran-ABŞ münasibətləri #Abbas Əraqçi mövqeyi #İsrail İran hücumu #ABŞ İran toqquşması #Seyid Ammar əl-Həkim #İraq Milli Hikmət Hərəkatı

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
Digər Dövlətlər

ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib

4 Sentyabr 21:18
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

4 Sentyabr 21:12

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.