ABŞ-ın müttəfiqləri güclü hücumlara məruz qala bilər – Tehran
Xatəm əl-Ənbiya Mərkəzi Komandanlığı ABŞ-ı İranın nüvə və digər həssas obyektlərinə hər hansı hücumdan çəkinməsi barədə xəbərdar edib. Bəyanatda həmçinin ABŞ-ın, onun müttəfiqlərinin və dəstəkçilərinin bütün maraqlarının İran Silahlı Qüvvələri tərəfindən güclü hücumlara məruz qalacağı vurğulanıb.
Trampdan İran mesajı: “Razılaşma hələ də mümkündür”
ABŞ Prezidenti Donald Tramp İranla diplomatik həll imkanının hələ də qorunduğunu bildirib və Tehranla razılaşmanın mümkün olduğunu vurğulayıb. O, İran rəhbərliyini sərt tənqid edərək onların əldə olunan razılaşmalardan geri çəkildiyini iddia edib. Trampın açıqlamaları Vaşinqton və Tehran arasında artan gərginlik fonunda diqqət çəkib. İran isə ABŞ-ın irəli sürdüyü tələbləri “qeyri-real” adlandıraraq öz mövqeyini müdafiə edib.
Berlin-Tehran gərginliyi - İran XİN rəhbəri Mertsin İran siyasətini tənqid etdi
İranın xarici işlər naziri Abbas Əraqçi Almaniya kansleri Fridrix Mertsin son açıqlamalarına sərt reaksiya verib. Nazir Almaniyanın bir vaxtlar Avropanın inkişafının “mühərriki” olduğunu, lakin hazırda “geriləmənin mühərrikinə” çevrildiyini bildirib. İran XİN rəhbəri Almaniya kanslerini siyasi sadəlövhlükdə və məsuliyyətsiz mövqedə ittiham edib. O, 2025-ci ilin iyununda İsrailin zərbələri nəticəsində min nəfərdən çox iranlının həlak olmasını xatırladaraq, həmin dövrdə Mertsin bu hadisələri “sevinc”lə qarşıladığını iddia edib. Əraqçi həmçinin kanslerin İranın guya “bir neçə həftəyə çökməsi” ilə bağlı açıqlamalarını reallıqdan uzaq adlandırıb.
İsrail hücumlarından ehtiyat edən Tehran İraq şiələrinə təzyiqi artırır
İranın son vaxtlar İraq səhnəsində səssiz və strateji manevr həyata keçirdiyinə dair ardıcıl işarələr görünür. Məqsəd son dövrdə onun regional qollarına endirilən ağır İsrail zərbələrindən sonra sarsılmış təsirini bərpa etməkdir.
ABŞ və İsrailin nüvə obyektlərinə hücumları beynəlxalq hüququn pozuntusudur - İran
İran, İsrail və ABŞ tərəfindən onun nüvə obyektlərinə qarşı həyata keçirilən hücumların beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu bildirərək, beynəlxalq ictimaiyyəti bu addımları qəti şəkildə qınamağa çağırıb. İrəvani vurğulayıb ki, bu hücumlar Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) zərbə vurur.
İsrail–İran müharibəsindən sonra Bağdad–Vaşinqton münasibətləri
ABŞ ilə İraq arasındakı münasibətlərin gələcəyi hazırkı geosiyasi vəziyyətdə qeyri-müəyyən olaraq qalır
İran İraqdakı nüfuzunu itirməkdən və ABŞ-ın dəstəklədiyi bir üsyandan ehtiyat edir
Vaşinqton İraqı Tehranla olan siyasi, iqtisadi və təhlükəsizlik əlaqələrindən – xüsusilə enerji sahəsində – uzaqlaşdırmağa çalışır.
İranın nüfuzunun sonu: Prioritet daxili məsələlər və Şimali Koreya modeli
Bu yeni reallıq, İranın son müharibədən sonrakı dövrdə bölgədəki mövqeyinin necə dəyişəcəyinə işarə edir.
Omanın Vaşinqton və Tehran arasında danışıqların bərpasındakı fəal rolu nədən ibarətdir
Vaşinqtonla Tehran arasında uzun müddətdir dayanmış nüvə danışıqlarının bərpası üçün beynəlxalq və regional diqqət bir daha Oman Sultanlığına yönəlib.
Tehranda Humanitar Böhran Təhlükəsi: İsrail Hava Hücumlarını Genişləndirir
Netanyahunun bu bəyanatları göstərir ki, İsrail üçün bu müharibənin məqsədi sadəcə İranı cəzalandırmaq və ya onu nüvə proqramı üzrə danışıqlara məcbur etmək deyil
Avropa İttifaqı Rusiyanın İran və İsrail arasında vasitəçilik etməsinə qarşı çıxıb
Avropa İttifaqı (Aİ) Komissiyasının sözçülərindən Anuar El Anuni Rusiya ilə İran arasında vasitəçilik təşəbbüsünə münasibət bildirib və Avropa İttifaqının buna qarşı olduğunu deyib.