12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

İsrail–İran müharibəsinınəsl mahiyyəti: Dini ideologiyaların toqquşması, Sionizm və Vilayət-i Fəqih

“Bütün müharibələr siyasətin davamıdır” – bu fikir XIX əsr prusiyalı strateq Karl fon Klauzevitsin məşhur tezisidir.

25 İyun 2025 09:00
İsrail–İran müharibəsinınəsl mahiyyəti: Dini ideologiyaların toqquşması, Sionizm və Vilayət-i Fəqih

BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

“Bütün müharibələr siyasətin davamıdır” – bu fikir XIX əsr prusiyalı strateq Karl fon Klauzevitsin məşhur tezisidir. Hazırda Yaxın Şərqdə gedən İsrail–İran müharibəsi də məhz bu prinsipin bariz nümunəsinə çevrilib. Bu savaş, hər iki tərəfin illərlə yürütdüyü ideoloji, siyasi və strateji mübarizənin silahlı mərhələsi kimi meydana çıxır.

Dini ideologiyaların toqquşması: Sionizm və Vilayət-i Fəqih

İran İslam İnqilabından sonra formalaşan teokratik sistem, bölgədə şiə ideologiyasının genişlənməsində mühüm rol oynayıb. İran bu ideoloji zəmini yalnız siyasi deyil, həm də hərbi vasitələrlə gücləndirib. Digər tərəfdə isə İsrail – müasir dövrdə dini identiklik üzərində qurulan yəhudi dövləti olaraq – öz təhlükəsizliyini təmin etmək üçün regionda hərbi üstünlük qazanmağa çalışır.
Beləliklə, İsrailin ABŞ-ın müasir silah texnologiyası ilə dəstəklənən güclü ordusu ilə İranın raket proqramları və nüvə potensialı üzərindən qurduğu “müqavimət oxu” arasında silahlı ideoloji qarşıdurma yaranıb. İranın bu asimmetrik strategiyası, hava qüvvələrinin zəifliyi və texnoloji çatışmazlıqları kompensasiya etmək məqsədi daşıyır.

ABŞ-İsrail layihəsi: Yeni Yaxın Şərq nizamı?

Münaqişənin geosiyasi təhlili göstərir ki, İsrailin məqsədi təkcə İranı zəiflətmək deyil. ABŞ-ın dəstəyi ilə o, Yaxın Şərqin siyasi, iqtisadi və hərbi düzənini yenidən formalaşdırmağa çalışır. Tramp administrasiyası bu məqsədlə beynəlxalq hüquq və müqavilələri bir kənara qoyaraq, İsrailin təhlükəsizliyi naminə hər cür gücdən istifadə etməyə hazır görünür.

İranın ideoloji ritorikası və səhvləri

İran tərəfi isə “İsrailə ölüm” və “Qüdsə doğru yürüş” şüarları ilə regionda özünü lider göstərməyə çalışır. Lakin bu prosesdə o, daxildə repressiyalar, xaricdə isə dörd ərəb paytaxtına nəzarət etməklə qonşularının suverenliyini pozmaq kimi ciddi səhvlərə yol verib.

Bazar günü səhəri ABŞ-ın “Midnight Hammer” adlı əməliyyatı ilə yeni mərhələyə keçildi. Bu əməliyyatda ABŞ qırıcıları İranın Fərdo, Natanz və İsfahan şəhərlərindəki üç əsas nüvə obyektini 30 min funtluq bunker dağıdıcı bombalarla vurdu. İsrail bu hücumda rəsmi iştirakını inkar etsə də, əməliyyatın təşviqçisi olduğu geniş şəkildə qəbul edilir.

İranın strateji arsenalı və ballistik raket zavodları onun “müqəddəs mövqeləri” sayılır. Ona görə də bu hücumlar İran üçün təkcə hərbi deyil, həm də ideoloji təhqirdir. Lakin son on gün ərzində İranın həm hərbi, həm də ictimai-siyasi resurslarının tükənməkdə olduğu aydın görünür.

İran tək qalıb: daxili böhran və regional təcrid

İran həm xalq dəstəyini, həm də bölgədəki simpatizan qüvvələri get-gedə itirir. Müharibənin genişlənməsi perspektivində bu faktor onun üçün ciddi çətinliklər yaradır. İsrail isə hərbi üstünlüyündən istifadə edərək, müharibəni sona qədər davam etdirməyə qərarlıdır – ta ki, İran təslim olana qədər.

Müharibənin əsl mahiyyəti: nüvə deyil, ideologiya

Müharibənin rəsmi səbəbi İranın nüvə proqramı kimi göstərilsə də, əslində bu, iki ziddiyyətli ideoloji modelin – İsrailin sekulyar-sionist modeli ilə İranın dini-şəriətçi modelinin mübarizəsidir. Hər raket zərbəsi bu ideoloji gərginliyin bir ifadəsi, hər itki isə yeni narrativin tərkib hissəsidir

Məqalədə: #İsrail #İran #ABŞ #Tel-Əviv #Tehran #Yaxın Şərq #Vaşinqton #Təl-Əviv #sionizm #İsrail və İran gərginliyi #İran-ABŞ münasibətləri #İranın nüvə irəliləyişi #İsrail və İran münasibətləri #İsrail-İran münaqişəsi #İranın nüvə proqramı #İran-İsrail geosiyasi mübarizəsi #ABŞ-İran münasibətləri #İran və İsrail gərginliyi #İran İsrail münasibətləri #İran-İsrail gərginliyi #İranın nüvə danışıqları #İran və İsrail kəşfiyyat savaşı #İran-İsrail münaqişəsi #İranın nüvə silahlanma ehtimalı #İran və İsrail münasibətləri #İranın nüvə proqramı və beynəlxalq reaksiyalar #İran və İsrail qarşıdurması #İran ABŞ danışıqları #İran-İsrail münasibətləri #İranın nüvə proqramı 2025 #İran ABŞ diplomatiyası #İran–ABŞ danışıqları #İran-ABŞ əlaqələri #ABŞ-İran razılaşması #İran-ABŞ nüvə gərginliyi #İranın nüvə silahı təhlükəsi #ABŞ və İsrailin İran siyasəti #İranın nüvə ambisiyaları #ABŞ-İran gərginliyi #İranın Yaxın Şərqdə nüvə təhdidi #İranın nüvə təhlükəsi #İsrail İran hücumu #İranın nüvə obyektləri #İsrail İran əməliyyatı 2025 #ABŞ-İsrail-İran üçbucağı #Vilayət-i Fəqih

Mövzu üzrə digər xəbərlər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
ArabAZ analitika: Geosiyasi təhlillər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?

11 Sentyabr 12:20
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
ArabAZ analitika: Geosiyasi təhlillər

Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi

11 Sentyabr 09:00
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
Rəy

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu

10 Sentyabr 15:56
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

10 Sentyabr 09:00

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.