7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

İran üçün son şans: “Tətik mexanizmi” işə düşmək üzrədir

İranın nüvə proqramı ətrafında diplomatik prosesdə önəmli dönüş baş verə bilər. İranla Avropa üçlüyü – Böyük Britaniya, Fransa və Almaniya arasında yeni danışıqlar raundunun başlanacağı gözlənilir.

22 İyul 2025 15:00
İran üçün son şans: “Tətik mexanizmi” işə düşmək üzrədir

BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

İranın nüvə proqramı ətrafında diplomatik prosesdə önəmli dönüş baş verə bilər. İranla Avropa üçlüyü – Böyük Britaniya, Fransa və Almaniya arasında yeni danışıqlar raundunun başlanacağı gözlənilir. Hələ ki, görüşün dəqiq vaxtı və keçirilmə yeri müəyyən edilməyib.

Bu təşəbbüs İran xarici işlər naziri Abbas Əraqçinin sözügedən üç ölkənin xarici siyasət rəhbərləri, eləcə də Avropa İttifaqının xarici siyasət üzrə məsul şəxsi Kaya Kallasla apardığı telefon danışıqlarından sonra gündəmə gəlib.

İsrail-İran müharibəsindən öncə İranla ABŞ arasında Oman vasitəçiliyi ilə birbaşa və ya dolayı yolla beş danışıqlar raundu keçirilmişdi. Bu görüşlər, əsasən, İranın uranın zənginləşdirilməsi səviyyəsi ilə bağlı fikir ayrılığı səbəbilə nəticəsiz qalmışdı. ABŞ və Avropa dövlətləri bu səviyyənin sıfıra endirilməsini tələb etsələr də, İran proqramın yalnız dinc məqsədlərə və elmi tədqiqatlara xidmət etdiyini bildirirdi.

Əraqçinin apardığı son telefon danışıqları, nüvə proqramı ilə bağlı müharibədən sonrakı ilk diplomatik təmaslar kimi diqqət çəkir. Bu əlaqə, 2015-ci ildə Cenevrədə imzalanmış nüvə sazişində qalan əsas tərəflərlə – ABŞ-ı istisna etməklə – həyata keçirilib. Xatırladaq ki, Donald Tramp prezidentliyi dövründə həmin razılaşmadan çıxmışdı.

Gərginlik və təhdidlərin kölgəsində danışıqlar

Əldə olunan məlumata görə, Avropa dövlətləri İranı xəbərdar ediblər: əgər şərtsiz şəkildə danışıqlara qayıtmazsa və ya avqust ayının sonunadək konkret nəticə əldə olunmasa, İran əleyhinə sanksiyalar “tətik mexanizmi” (snapback) vasitəsilə bərpa ediləcək. Bu isə Tehran tərəfindən birbaşa təhdid kimi qiymətləndirilib. Əraqçi məsələ ilə bağlı:

“Əgər Aİ və Avropa üçlüyü danışıqlarda rol oynamaq istəyirsə, məsuliyyətlə davranmalı və təhdid siyasətindən, xüsusilə heç bir hüquqi və əxlaqi legitimliyi olmayan tətik mexanizmindən əl çəkməlidirlər”.-deyə bildirib.

Əraqçi danışıqlara başlamaq üçün bir sıra şərtlər irəli sürüb. O, ABŞ-ın hərbi müdaxilə ilə hədələməyə son qoymasını və İranın nüvə obyektlərinə edilən hücumlarla bağlı ziyanın ödənməsinə dair öhdəlik götürülməsini tələb edib. Lakin ABŞ prezidenti Donald Tramp bu şərtlərə cavab olaraq bildirib ki, o, İranla danışıqlara başlamaq üçün tələsmir.

Tətik mexanizminin fəsadları

ABŞ-ın sərt cavabı İrandakı vəziyyəti çıxılmaz duruma salır. Tehran ya beynəlxalq təzyiqlərə tabe olmalı, ya da “tətik mexanizmi”nin işə düşməsi ilə üzləşməlidir. Bu isə İran rejimi üçün strateji zərbə və daxili sabitlik üçün ciddi təhlükədir.

Qeyd edək ki, “tətik mexanizmi” BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə təsbit olunmuş nəzarət mexanizmlərindən biridir. Əgər nüvə sazişinin hər hansı bir tərəfi İranın razılaşmanı pozduğunu bəyan edərsə və 30 gün ərzində kompromis əldə olunmasa, 2015-ci ildən əvvəl qüvvədə olan bütün sanksiyalar avtomatik olaraq bərpa edilir. Bu mexanizmə veto hüququ tətbiq olunmur.

Sanksiyaların bərpası isə İran üçün genişmiqyaslı iqtisadi, maliyyə və diplomatik fəsadlar doğura bilər. Buraya silah və neft embarqosu, maliyyə əməliyyatlarına qadağalar, xarici banklardakı aktivlərin dondurulması və ticarət blokadası daxildir. Bütün bunlar İranın siyasi və iqtisadi sabitliyini ciddi sınağa çəkə bilər.

Tətik mexanizminin hüquqi qüvvəsi isə 2025-ci ilin oktyabr ayının sonuna qədər etibarlıdır. Bu səbəbdən, qarşıdakı həftə İran üçün diplomatik baxımdan sonuncu şans ola bilər.

Məqalədə: #Abbas Əraqçi #İran-ABŞ münasibətləri #İran nüvə proqramı #İran nümayəndə heyətinin Livana səfəri #İran nüvə sazişi #İran nüvə razılaşmasının gələcəyi #İran nüvə sazişi 2025-də necə dəyişəcək? #ABŞ-ın İran və Husilərə qarşı tədbirləri #ABŞ-İran arasında nüvə danışıqları #İran-ABŞ əlaqələri #ABŞ və İran liderləri #ABŞ-İran razılaşması #İran nüvə silahı #İran-ABŞ nüvə gərginliyi #Tramp İran nüvə razılaşması #Fordo nüvə obyekti #İran nüvə razılaşması #Avropa İran nüvə danışıqları #Snapback

Mövzu üzrə digər xəbərlər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

6 Sentyabr 20:56
İran və İordaniya arasında diplomatik gərginlik artır
İordaniya

İran və İordaniya arasında diplomatik gərginlik artır

4 Sentyabr 17:14
ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf
İran

ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

2 Sentyabr 19:49
ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək-Pezeşkian
İran

ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək-Pezeşkian

2 Sentyabr 09:15

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.