14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Məhəmməd bin Salman deyir ki, Qətəri bütün gücü ilə dəstəkləyəcək

Şahzadə vurğulayıb ki, 2002-ci ildə Səudiyyə tərəfindən irəli sürülən Ərəb Sülh Təşəbbüsü hələ də Fələstin dövlətinin qurulması üçün əsas yol xəritəsidir. Onun sözlərinə görə, Səudiyyənin diplomatik səyləri nəticəsində Fələstini tanıyan ölkələrin sayı artır və Nyu-Yorkda keçirilən beynəlxalq konfrans iki dövlətli həll yoluna dəstəyi gücləndirib.

11 Sentyabr 2025 09:43
Məhəmməd bin Salman deyir ki, Qətəri bütün  gücü ilə dəstəkləyəcək

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salman İsrailin bölgədəki təcavüzlərini qınayaraq, xüsusilə Qətərə qarşı həyata keçirilən son hücumu “ağlasığmaz” adlandırıb. O, Ər-Riyadın Qətərin bütün addımlarında yanında olduğunu və bunun üçün bütün imkanlarını səfərbər etdiyini bəyan edib.

Vəliəhd şahzadə Şura Məclisinin 9-cu çağırışının ikinci il sessiyasının açılışında çıxış edərək bildirib ki, İsrailin Qətərə hücumu ərəb, islam və beynəlxalq səviyyədə qəti tədbirlər tələb edir. O, həmçinin Qəzzada fələstinlilərə qarşı həyata keçirilən “aclıq siyasəti və məcburi köçürmələri” sərt şəkildə pisləyib.

“Qəzza torpaqları fələstinlilərə məxsusdur və bu haqqı heç bir təcavüz ala bilməz. Bizim mövqeyimiz dəyişməzdir – hüququ qorumaq və onun pozulmasının qarşısını almaq.”-deyə o bildirib.

Şahzadə vurğulayıb ki, 2002-ci ildə Səudiyyə tərəfindən irəli sürülən Ərəb Sülh Təşəbbüsü hələ də Fələstin dövlətinin qurulması üçün əsas yol xəritəsidir. Onun sözlərinə görə, Səudiyyənin diplomatik səyləri nəticəsində Fələstini tanıyan ölkələrin sayı artır və Nyu-Yorkda keçirilən beynəlxalq konfrans iki dövlətli həll yoluna dəstəyi gücləndirib.

Məhəmməd bin Salman Suriyada beynəlxalq sanksiyaların qaldırılmasına dəstək verdiklərini, ölkənin ərazi bütövlüyü və iqtisadi bərpası üçün təşəbbüslər həyata keçirdiklərini bildirib. O, həmçinin Livan, Yəmən və Sudanda sabitliyin təmin olunacağına ümidvar olduğunu vurğulayıb.

Şahzadə ölkə daxilində əldə edilən uğurlara toxunaraq bildirib ki, Səudiyyə iqtisadiyyatı artıq neftdən asılılığını azaldır:

“Qeyri-neft sektorlarının ÜDM-də payı 56%-ə çatıb.Ümumi daxili məhsul 4,5 trilyon rialı ötüb.660 beynəlxalq şirkət krallığı regional mərkəz seçib ki, bu da 2030 hədəflərini qabaqlayıb”-deyə o qeyd edib.

O, həmçinin süni intellekt sahəsində imzalanan razılaşmaların ölkəni qlobal mərkəzə çevirəcəyini, hərbi sənaye sektorunda isə lokallaşdırmanın 19%-ə çatdığını qeyd edib.

Məhəmməd bin Salman dövlətin güclü maliyyə bazası yaratmaqla sabit inkişafı təmin etdiyini və bunun nəticəsində işsizliyin minimuma endiyini, qadınların əmək bazarındakı iştirakının artdığını söyləyib. O, mənzil bazarında qiymət artımının qarşısını almaq üçün yeni siyasətlərin hazırlanacağını açıqlayıb.

Şahzadə həmçinin vurğulayıb ki, ictimai maraq ən ali məqsəddir və lazım gələrsə, hər hansı proqram və hədəflər milli maraqlara uyğun olaraq dəyişdiriləcək.

Məclis sədri Abdullah əl-Şeyx çıxışında vəliəhdi salamlayaraq, Şura Məclisinin “Səudiyyə 2030” vizyonu çərçivəsində qanunvericilik və nəzarət sahəsində fəal iştirak etdiyini, birinci ildə 462 qərar qəbul etdiyini qeyd edib.

Məqalədə: #Fələstin #Məhəmməd bin Salman #Səudiyyə 2030 Vizyonu #Vision 2030 Səudiyyə #Vision 2030 planı Səudiyyədə nələri əhatə edir #Səudiyyənin 2030 vizyonuna uyğun təhsil layihəsi #2030 Vizyonu #İsrailin Qətərə hücumu #Ərəb Sülh Təşəbbüsü #Qeyri-neft sektorlarının ÜDM-də payı

Mövzu üzrə digər xəbərlər

İranla Oman Hörmüzlə bağlı razılığa gəldi: ABŞ nə edəcək? - Rufiz Hafizoğlu
Rəy

İranla Oman Hörmüzlə bağlı razılığa gəldi: ABŞ nə edəcək? - Rufiz Hafizoğlu

15:02
Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
ArabAZ analitika: Geosiyasi təhlillər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik

09:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
ArabAZ analitika: Geosiyasi təhlillər

Tramp İran məsələsində Venesuela variantını istisna etmir

13 Sentyabr 21:59
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
ArabAZ analitika: Geosiyasi təhlillər

Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?

13 Sentyabr 08:42

Son Xəbərlər

Suriya BAEA ilə 15 illik nüvə dosyesinin bağlandığını açıqlayıb
Suriya BAEA ilə 15 illik nüvə dosyesinin bağlandığını açıqlayıb
21:33
İordaniya 2030-cu ildə xristian dünyası üçün mühüm yubiley keçirəcək
İordaniya 2030-cu ildə xristian dünyası üçün mühüm yubiley keçirəcək
21:26
İran müharibəsi Körfəz ölkələrinin iqtisadi prioritetlərini dəyişə bilər
İran müharibəsi Körfəz ölkələrinin iqtisadi prioritetlərini dəyişə bilər
21:20
Qətər süni intellekt infrastrukturu reytinqində birinci olub
Qətər süni intellekt infrastrukturu reytinqində birinci olub
21:14
Qətər və Böyük Britaniya müdafiə əməkdaşlığını gücləndirir
Qətər və Böyük Britaniya müdafiə əməkdaşlığını gücləndirir
21:06
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.