7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

“Vahid Çin” kölgəsində-Pekinin uyğurları assimilyasiya siyasəti

Çinin illərdir dünyaya təqdim etdiyi “Vahid Çin” konsepsiyası Pekinin diplomatik leksikonunun əsas sütünlarından biridir. Bu siyasət əsasən dövlətin ərazi bütövlüyünün qorunması kimi qələmə verilir. Lakin, bu sadəcə Çinin xəritə üzərində bütövlük siyasəti deyildir. Siyasətin əsas məqsədi milli azlıqların mədəniyyətlərinin, kimliklərinin, ideologiya və dillərinin vahid hala gətirilməsini hədəfləyir.

12 Sentyabr 2025 09:37
“Vahid Çin” kölgəsində-Pekinin uyğurları assimilyasiya siyasəti

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi, Hafiz Rufizoğlu Siyasi və Humanitar Elmlər üzrə Magistr / Malayziya Beynəlxalq İslam Universiteti

Çinin illərdir dünyaya təqdim etdiyi “Vahid Çin” konsepsiyası Pekinin diplomatik leksikonunun əsas sütünlarından biridir. Bu siyasət əsasən dövlətin ərazi bütövlüyünün qorunması kimi qələmə verilir. Lakin, bu sadəcə Çinin xəritə üzərində bütövlük siyasəti deyildir. Siyasətin əsas məqsədi milli azlıqların mədəniyyətlərinin, kimliklərinin, ideologiya və dillərinin vahid hala gətirilməsini hədəfləyir.

Bu siyasətin ən kəskin nümunəsi Uyğur türklərinin yaşadığı Şərqi Türküstan bölgəsində görünür. Bölgədə yaşayan Uyğur türklərinin müxtəlif səbəblərdən həbs edildikləri və ya düşərgələrə göndərilmələri beynəlxalq təşkilatlar tərəfindən doğrulanıb. Çin rəsmilərinin açıqlamalarında bu düşərgələrə göndərilənlərin “potensial terrorçu” adlandırılması Çin hakimiyyətinin insan hüquqları istiqamətindəki mövqeyini sual altına düşürür.

Digər bir problem isə beynəlxalq arenada bölgədəki xalqların hüquqlarının pozulması istiqamətində tədbirlərin görülməməsidir. Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı bu məsələyə səthi yanaşaraq ciddi addım atmamaqdadır. Buradakı əsas məsələ Çinin beynəlxalq arenada həm iqtisadi, həm də siyasi gücə malik olmasıdır. Qəzzada İsrail tərəfindən həyata keçirilən qətliamlara reaksiya göstərən bəzi müsəlman liderlərinin uyğurlara qarşı törədilən cinayətlərə göz yummasının səbəbi Çinin təzyiq göstərərək iqtisadi çətinlik yaratmasından qaynaqlanır.

Qeyd etmək lazımdır ki, İƏT-in 2019-cu ildə Çinə səfərindən sonra “Çin Xalq Respublikasının müsəlman vətəndaşlarına qayğı göstərmək səylərini təqdir edirik” açıqlaması Çinin propaqanda siyasətinin də güclü olduğunun göstəricisidir. Çin xüsusilə ölkədə yaşayan çinli müsəlmanlardan (hueylər) propaqanda vasitəsi kimi istifadə edir. Beləliklə, Pekin Uyğurların üzləşdiyi soyqırımı pərdələyir, dünyaya isə sanki ‘separatizm və ekstremizmlə mübarizə’ görüntüsünü təqdim edir.

Hər bir halda vətəndaş cəmiyyətləri olaraq, dövlətlərin xarici siyasət istiqamətində atdığı strateji əməkdaşlıq addımlarını dəstəkləmək lazımdır. Lakin, bunun fonunda baş verən kütləvi qırğınlara və bu kimi hadisələrə laqeyd yanaşmaq qəbul edilməzdir. Ölkələr arası əməkdaşlıq heç bir halda sivillərin hədəf alınmasına bəraət qazandırmaq üçün əsas deyil.

Məqalədə: #VOA Analitik Təhlil Mərkəzi #Hafiz Rufizoğlu #Vahid Çin #hueylər

Mövzu üzrə digər xəbərlər

Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi
ArabAZ analitika: Geosiyasi təhlillər

Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi

27 Avqust 21:25
Səudiyyə Ərəbistanı enerji və ticarət təhlükəsizliyini təmin edir
ArabAZ təhlil mərkəzi

Səudiyyə Ərəbistanı enerji və ticarət təhlükəsizliyini təmin edir

7 May 15:00
İranda son söz kimindir?
ArabAZ təhlil mərkəzi

İranda son söz kimindir?

4 May 06:58
VOA analitik məqaləsi Türkiyə mediasında
Cəmiyyət

VOA analitik məqaləsi Türkiyə mediasında

27 Aprel 11:10

Son Xəbərlər

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.