13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Qətər müharibəyə qoşulur? - ABŞ və İran gərginliyi fonunda "kiçik dövlət"in böyük dilemması

Qətər Silahlı Qüvvələri Amerika Birləşmiş Ştatları (ABŞ) və İran arasında artan hərbi gərginlik fonunda müharibəyə hazırlaşır. Bu barədə İsrailin "KAN" telekanalı məlumat yayıb. Kanal Qətərin regional müharibə ssenarisinə hazırlaşdığını və xəbərdarlıq sistemlərinin sınaqdan keçirilməsini başa çatdırdığını bildirib.

23 Fevral 2026 22:14
Qətər müharibəyə qoşulur? - ABŞ və İran gərginliyi fonunda "kiçik dövlət"in böyük dilemması
Bizi buradan izləyin və Bizə yazın

BAKI, VOA

Qətər Silahlı Qüvvələri Amerika Birləşmiş Ştatları (ABŞ) və İran arasında artan hərbi gərginlik fonunda müharibəyə hazırlaşır. Bu barədə İsrailin "KAN" telekanalı məlumat yayıb.

Kanal Qətərin regional müharibə ssenarisinə hazırlaşdığını və xəbərdarlıq sistemlərinin sınaqdan keçirilməsini başa çatdırdığını bildirib.

Bəs Qətər mümkün ABŞ-İran münaqişəsinə qoşula bilərmi?

VOA xəbər verir ki, sözügedən mövzunu TodayPress TV-yə politoloq Rufiz Hafizoğlu şərh edib.

O, qeyd edib ki, bu gün regionda çox ciddi böhran yaşanır və bu böhran müxtəlif amillərdən qaynaqlanır:

"Burada həm İsrailin aqressiv siyasəti, həm də İranın proksi qüvvələr vasitəsilə regionda gərginliyi artırması və paralel şəkildə nüvə proqramını inkişaf etdirməsi amili var. Artıq bunun nəticələrini görürük".

Ekspert vurğulayıb ki, Qəzzada “Əqsa tufanı” başlayandan sonra yeni Yaxın Şərqin formalaşması məsələsi gündəmə gəlib. Bu proses eyni zamanda yeni dünya düzəninin başlanğıcı kimi də qiymətləndirilir. Bunun müsbət və ya mənfi olması ayrıca müzakirə mövzusudur.

Analitikin fikrincə, hazırda BMT struktur olaraq öz funksiyalarını tam yerinə yetirə bilmir. Dünya müəyyən mənada İkinci Dünya müharibəsi öncəsi dövrünü xatırladır. O zaman mövcud olan Millətlər Liqası da effektiv deyildi və nəticədə buraxıldı.

"Regionda maraqlar toqquşur: bir tərəfdə ABŞ və İsrail, digər tərəfdə isə İran və onun proksi qüvvələri — İraq, Livandakı “Hizbullah”, husilər dayanır. Vaxtilə Bəşər Əsəd rejimi də bu sırada idi", - o deyib.

SADƏCƏ İDDİA...

Ekspert diqqətə çatdırıb ki, Qətərin müharibəyə hazırlaşması iddiaları inandırıcı görünmür:

"Qətər kiçik dövlətdir və əhalisinin böyük hissəsi əcnəbilərdir. Üstəlik, ölkədə ABŞ və Türkiyənin hərbi bazaları var. Buna görə Qətərin təkbaşına müharibəyə hazırlaşması real görünmür. Bununla belə, Qətər bu gün Yaxın Şərqdə kifayət qədər təsirli diplomatik oyunçudur və Misirlə Birləşmiş Ərəb Əmirlikləri səviyyəsində fəal mövqe tutur".

ABŞ-İRAN QARŞIDURMASI OLARSA...

Analitik “ABŞ və İran arasında hərbi münaqişə baş verərsə, Qətər hədəfə çevrilə bilərmi?” sualına belə aydınlıq gətirib:

“Bir müddət əvvəl İsrailin Qətərdə HƏMAS rəhbərliyinə qarşı uğursuz sui-qəsd cəhdi olmuşdu. Bundan sonra ABŞ açıqladı ki, Qətərə hücum ABŞ-yə hücum kimi qiymətləndiriləcək. Bu mövqe Qətərin mümkün qarşıdurmada açıq şəkildə ABŞ tərəfdə yer almasını təmin etməyə yönəlmiş addım kimi görünür".

R.Hafizoğlu sonda bildirib ki, İranla ABŞ və ya İsrail arasında hərbi qarşıdurma ehtimalı qalır. Bunun nə vaxt və hansı formada baş verəcəyi bəlli deyil. Lakin İranın proksi qüvvələri zərərsizləşdirilmədən birbaşa qarşıdurmanın çətin olacağı aydındır. Son proseslər də göstərir ki, bölgədə baş verən hadisələr heç də təsadüfi deyil.

Jalə Rövşən

AZ: Qətər, müharibə, ABŞ, İran, gərginlik, hərbi, siyasət, Rufiz Hafizoğlu, İsrail, KAN TV, region

TR: Katar, savaş, ABD, İran, gerilim, askeri, siyaset, İsrail, Orta Doğu, Rufiz Hafizoğlu

EN: Qatar, war, USA, Iran, tension, military, politics, Israel, Middle East, Hafizoglu

RU: Катар, война, США, Иран, напряженность, военные, политика, Израиль, Ближний Восток

DE: Katar, Krieg, USA, Iran, Spannungen, Militär, Politik, Israel, Naher Osten

FR: Qatar, guerre, USA, Iran, tensions, militaire, politique, Israël, Moyen-Orient

ES: Qatar, guerra, EE. UU., Irán, tensiones, militar, política, Israel, Medio Oriente

AR: قطر، حرب، أمريكا، إيران، توتر، عسكري، سياسة، إسرائيل، الشرق الأوسط

ZH: 卡塔尔, 战争, 美国, 伊朗, 紧张局势, 军事, 政治, 以色列, 中东

JA: カタール, 戦争, アメリカ, イラン, 緊張, 軍事, 政治, イスラエル, 中東

KO: 카타르, 전쟁, 미국, 이란, 긴장, 군사, 정치, 이스라엘, 중동

Məqalədə: #Qətər müharibəyə hazırlaşır? – İsrail mediasından şok iddia #Rufiz Hafizoğlu: Qətərin təkbaşına müharibəyə girməsi real görünmür #Rufiz Hafizoğlu: Qətərin təkbaşına müharibəyə girməsi real görünmürABŞ-İran gərginliyi və Qətər: Cırtdan dövlət hədəfə çevrilə bilər? #ABŞ-İran gərginliyi və Qətər: Cırtdan dövlət hədəfə çevrilə bilər? #Qətərdə xəbərdarlıq sistemləri sınaqdan keçirildi – KAN telekanalı #Qətərdə xəbərdarlıq sistemləri sınaqdan keçirildi – KAN telekanalıBəşər Əsəddən sonra növbə kimdədir? – Yaxın Şərqdə yeni dünya düzəni #Politoloq şərhi: Qətərin müharibə hazırlığı nə deməkdir?

Mövzu üzrə digər xəbərlər

Tramp İran məsələsində Venesuela variantını istisna etmir
ArabAZ analitika: Geosiyasi təhlillər

Tramp İran məsələsində Venesuela variantını istisna etmir

21:59
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
ArabAZ analitika: Geosiyasi təhlillər

Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?

08:42
İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
ArabAZ analitika: Geosiyasi təhlillər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq

12 Sentyabr 18:28
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12 Sentyabr 12:53

Son Xəbərlər

Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
21:23
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
20:06
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
19:51
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.