Bakı,AzerVoice
Bavariya komandasının Tomas Tuxellə yollarını ayırmaqdan vaz keçdiyi iddia edilib.
AzerVoice xəbər verir ki, Alman mətbuatı, başda Xabi Alonso və Ralf Rangnick olmaqla, istədikləri məşqçiləri razı sala bilmədikləri üçün klub rəhbərliyinin bu qərardan vaz keçməli olduğunu iddia edib.
“Tomas Tuchelin qalmasını istəyirik”,- deyə kapitan Manuel Noyer bildirib.
Qeyd edək ki, Bavariyanın rəhbəri kimi 60 matça çıxan Tomas Tuxel 37 qələbə, 8 heç-heçə və 15 məğlubiyyətlə hər matçda orta hesabla 1,98 xal qazanıb.