6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Lionel Messi 2026-cı ildən sonra futbolla vidalaşa bilər

Argentina millisinin və İnter Mayami klubunun ulduzu Lionel Messinin Barselonaya dönüşü artıq real görünmür.

8 İyul 2025 17:13
Lionel Messi 2026-cı ildən sonra futbolla vidalaşa bilər

BAKI, AzerVoice

Argentina millisinin və İnter Mayami klubunun ulduzu Lionel Messinin Barselonaya dönüşü artıq real görünmür.

AzerVoice xəbər verir ki, 38 yaşlı hücumçunun 2026-cı il Dünya Çempionatından sonra futbolla vidalaşacağı ehtimal olunur.

Hazırda Messi ABŞ-ın MLS çempionatında çıxış edən İnter Mayami klubunda oynayır. Klubla müqaviləsi 2023-cü ilin yayından qüvvədədir və futbolçunun istəsə, onu 12 ay daha uzatmaq imkanı var.

Son günlərdə Messinin Səudiyyə Ərəbistanına – əbədi rəqibi Kriştiano Ronaldonun oynadığı Əl-Nəsr və ya digər klublardan birinə keçəcəyi ilə bağlı iddialar irəli sürülüb. Lakin ulduz futbolçu gələcək planları ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Fransa millisinin sabiq yarımmüdafiəçisi və keçmiş Barselona futbolçusu Emmanuel Petit məsələyə münasibət bildirərək, Messinin artıq Avropa səviyyəsində oynamaq üçün fiziki imkanlarının yetərli olmadığını qeyd edib.

“Messinin Barselonaya qayıdışı ilə bağlı söz-söhbətlər var, amma Lamine Yamal kimi bir gənc istedad ehtiyatda oturacaq deyil. Messi 10 nömrə mövqeyində oynaya bilər, amma hamımız bilirik ki, o artıq qaçmır. Barselona iki yarımmüdafiəçi ilə mərkəzi necə idarə edə bilər? Messi Barselonaya qayıtmayacaq, bu mümkünsüzdür”- deyə o bildirib.

Petit əlavə edib ki, Messi ABŞ-da xüsusi münasibət görür və bu komfortu tərk edib Avropaya qayıtması çətin olacaq. Onun fikrincə, 2026-cı il Dünya Çempionatından sonra Messi karyerasını başa vuracaq.

Məqalədə: #Barcelona #Lionel Messi #İnter Mayami #Argentina millisi #Lamin Yamal #İspaniya La Liqası

Mövzu üzrə digər xəbərlər

“İnter Mayami” Neymarı transfer etmək istəyir
ArabSport

“İnter Mayami” Neymarı transfer etmək istəyir

10 Avqust 11:18
2026 Dünya Çempionatının finalı bir sıra ilklərlə tarixə düşəcək
ArabSport

2026 Dünya Çempionatının finalı bir sıra ilklərlə tarixə düşəcək

18 İyul 13:11
DÇ-2026 finalını idarə edəcək hakim müəyyənləşib
ArabSport

DÇ-2026 finalını idarə edəcək hakim müəyyənləşib

17 İyul 10:34
İngiltərə Argentinanı keçə bilərmi? Qalmaqallarla dolu çempionat
ArabSport

İngiltərə Argentinanı keçə bilərmi? Qalmaqallarla dolu çempionat

15 İyul 14:53

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.