7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Liverpul Rodriqonu heyətinə qatmaq istəyir

İngiltərənin Liverpul klubu kolumbiyalı hücumçu Luis Diazin Almaniyanın Bavariya klubuna mümkün transferi fonunda İspaniyanın Real Madrid komandasının braziliyalı ulduzu Rodriqonun xidmətində ciddi şəkildə maraqlanır.

28 İyul 2025 14:53
Liverpul Rodriqonu heyətinə qatmaq istəyir

BAKI,AzerVoice

İngiltərənin Liverpul klubu kolumbiyalı hücumçu Luis Diazin Almaniyanın Bavariya klubuna mümkün transferi fonunda İspaniyanın Real Madrid komandasının braziliyalı ulduzu Rodriqonun xidmətində ciddi şəkildə maraqlanır.

AzerVoice xəbər verir ki, Rodriqonun Enfildə keçidi artıq getdikcə daha real hesab olunur.

Danışıqlar çərçivəsində transferin bir hissəsi kimi Liverpulun fransalı müdafiəçisi İbrahima Konatenin də Real Madridə təklif ediləcəyi ehtimal olunur. Qeyd edək ki, Konatenin Liverpulla müqaviləsi 2025-ci ilin yayında başa çatır ki, bu da onun satışını asanlaşdıran amillərdən biri sayılır.

Klublar arasında əvvəllər Trent Aleksander-Arnoldun Real Madridə keçidi ilə bağlı təmaslar qurulub və yeni danışıqların bu zəmin üzərində aparıldığı bildirilir.

24 yaşlı Rodriqo hazırda Real Madriddə əsas heyətdə mövqeyini qorumağa çalışsa da, Kilian Mbappe və Endrik kimi yeni hücumçuların gəlişi fonunda onun oynama vaxtının məhdudlaşacağı gözlənilir.

Rodriqo Real Madridlə 270 oyunda 68 qol və 51 məhsuldar ötürmə ilə fərqlənib. Lakin futbolçunun illik 10 milyon avroya yaxın maaşı səbəbilə Çelsi və digər İngiltərə klublarının transferdən geri çəkildiyi qeyd olunur.

Növbəti günlərdə braziliyalı oyunçunun klub rəhbərliyi ilə gələcəyinə dair görüş keçirəcəyi və yekun qərarın veriləcəyi gözlənilir.

Məqalədə: #Braziliya #Real Madrid #Liverpool #İngiltərə Premyer Liqası #İspaniya La Liqası

Mövzu üzrə digər xəbərlər

Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün – 7 Sentyabr

00:01
Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib
ArabSport

Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib

3 Sentyabr 22:15
Qətər və Braziliya biznesi strateji tərəfdaşlığa hazırlaşır
Qətər

Qətər və Braziliya biznesi strateji tərəfdaşlığa hazırlaşır

29 Avqust 13:24
Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək
Digər Dövlətlər

Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

21 Avqust 22:06

Son Xəbərlər

Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
09:30
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
09:21
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
09:15
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
09:00
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi?  - "Kingdom Arena"da böyük matç
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi? - "Kingdom Arena"da böyük matç
08:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.