6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

“Qızıl top” mükafatına namizəd futbolçuların adları açıqlanıb

2024-2025 mövsümünün ən yaxşı futbolçusuna təqdim olunacaq "Qızıl top" mükafatına namizəd olan oyunçuların adları açıqlanıb. Bu haqda Fransanın məşhur "France Football" jurnalı məlumat yayıb.

7 Avqust 2025 19:41
“Qızıl top” mükafatına namizəd futbolçuların adları açıqlanıb

BAKI, AzerVoice, Səməd Əyyubov – 2024-2025 mövsümünün ən yaxşı futbolçusuna təqdim olunacaq "Qızıl top" mükafatına namizəd olan oyunçuların adları açıqlanıb.

AzerVoice xəbər verir ki, bu haqda Fransanın məşhur "France Football" jurnalı məlumat yayıb.

Mükafat uğrunda mübarizə aparacaq futbolçular aşağıdakılardır:

Şotlandiya – Skott Maktominay (“Napoli”, İtaliya)

İngiltərə – Deklan Rays (“Arsenal”), Koul Palmer (“Çelsi”), Harri Keyn, Cud Bellingem

Qvineya – Seru Girassi (“Borussiya” Dortmund, Almaniya)

Norveç – Erlinq Holann (“Mançester Siti”)

Niderland – Denzel Dümfris (“İnter”), Vircil fan Dayk (“Liverpul”)

Argentina – Lautaro Martines (“İnter”), Aleksis Makallister (“Liverpul”)

Fransa – Kilyan Mbappe, Usman Dembele, Maykl Olise, Dezire Due

Braziliya – Vinisius Junior, Rafinia (“Liverpul”)

Misir – Məhəmməd Salah (“Liverpul”)

Polşa – Robert Levandovski

İspaniya – Pedri, Lamin Yamal, Fabian Ruis

İtaliya – Canluici Donnarumma (qapıçı)

Mərakeş – Əşrəf Hakimi

Gürcüstan – Xviça Kvaratsxeliya

Portuqaliya – Nunu Mendiş, Juan Mendiş, Vitinya (PSJ)

İsveç – Viktor Gyokeres (“Sportinq”dən “Arsenal”a transfer olunub)

Almaniya – Florian Virtz (“Liverpul”)

Məlumat üçün bildirək ki, "Qızıl top" mükafatı 1956-cı ildə "France Football" jurnalının sabiq baş redaktoru Qabriel Ano tərəfindən təsis olunub. İlk mükafat həmin il İngiltərənin “Blekpul” klubunun hücumçusu Stenli Metyuza təqdim edilib. Əvvəllər yalnız Avropalı futbolçular namizəd ola bilərdi, lakin 1995-ci ildən etibarən Avropa klublarında çıxış edən istənilən millətdən futbolçular da namizəd ola biliblər. 2007-ci ildən isə bu məhdudiyyət tamamilə aradan qaldırılıb.

2010–2015-ci illərdə “Qızıl top” mükafatı FIFA ilə birgə təqdim olunurdu. 2016-cı ildən bu iki qurum öz mükafatlarını ayrıca təqdim edir. Qeyd edək ki, FIFA-nın versiyası olan "İlin ən yaxşı futbolçusu" mükafatı 1991–2009-cu illərdə də mövcud olub.

2023-cü ilin noyabrında UEFA "Qızıl top" mükafatının rəsmi tərəfdaşı olduğunu elan edib.

2024-cü ildə mükafat ispaniyalı yarımmüdafiəçi Rodriyə təqdim olunub. O, mövsümün böyük hissəsini zədə səbəbindən buraxsa da, ümumi performansına görə ilin ən yaxşısı seçilib.

2025-ci il “Qızıl top” mükafatının təqdimetmə mərasimi sentyabrın 22-də Parisdə baş tutacaq.

Məqalədə: #PSJ #Florian Wirtz #İnter #Mançester Siti #Arsenal #Liverpool #Napoli #Lamin Yamal #Vinisius Junior #Borussiya Dortmund #Rafinya #Qızıl Top #Robert Levandovski #Viktor Gyökeres

Mövzu üzrə digər xəbərlər

Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib
ArabSport

Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib

3 Sentyabr 22:15
Fransada tarix yazan ilk səudiyyəli - Səud Əbdülhəmid Fransa Superkubokunun qalibidir
ArabSport

Fransada tarix yazan ilk səudiyyəli - Səud Əbdülhəmid Fransa Superkubokunun qalibidir

17 Avqust 10:44
Martinelli "Qalatasaray"ı rədd etdi
Digər Xəbərlər

Martinelli "Qalatasaray"ı rədd etdi

15 Avqust 13:16
"Liverpul" Qakponu satmaq niyyətində deyil
ArabSport

"Liverpul" Qakponu satmaq niyyətində deyil

3 Avqust 16:03

Son Xəbərlər

Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.