4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Fenerbahçe Çempionlar Liqasında Yoluna Davam Edir

Fenerbahçe, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda Niderland təmsilçisi Feyenoordu evdə 5-2 hesabı ilə məğlub edərək ümumilikdə 6-4 hesabı ilə pley-off mərhələsinə yüksəldi. Sarı-lacivərtlilər növbəti mərhələdə Benfica ilə qarşılaşacaq.

13 Avqust 2025 09:26
Fenerbahçe Çempionlar Liqasında Yoluna Davam Edir

BAKI, AzerVoice, Nailə Babazadə

Fenerbahçe, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda Niderland təmsilçisi Feyenoordu evdə 5-2 hesabı ilə məğlub edərək ümumilikdə 6-4 hesabı ilə pley-off mərhələsinə yüksəlib.

AzerVoice xəbər verir ki, Fenerbahçe, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda Feyenoordla İstanbulda qarşılaşdı.

Chobani Stadionunda keçirilən oyunun 41-ci dəqiqəsində Watanabe Niderland komandasını önə keçirdi.

Fenerbahçe 44-cü dəqiqədə Archie Brownun qolu ilə bərabərliyi təmin etdi. İngiltərəli futbolçu peşəkar karyerasındakı ilk baş zərbəsi ilə qol vurdu.

Təzyiqini davam etdirən Fenerbahçe 45+2-ci dəqiqədə Jhon Duranın qolu ilə üstünlüyü ələ aldı. 21 yaşlı hücumçu sarı-lacivərt forma ilə ilk qolunu vurdu. İlk hissə Fenerbahçenin 2-1 hesablı üstünlüyü ilə başa çatdı.

55-ci dəqiqədə Fred, Archie Brownun ötürməsi ilə bir qola imza atdı. 83-cü dəqiqədə En-Nesyri fərqi üçə çatdırdı.

89-cu dəqiqədə Watanabe özünün ikinci qolunu vurdu, 90+5-ci dəqiqədə isə səhnəyə çıxan Talisca komandasını rahatlaşdıran qolu vurdu.

Qalan dəqiqələrdə başqa qol olmadı və Fenerbahçe Feyenoordu evdə 5-2 hesabı ilə məğlub edərək ümumilikdə 6-4 hesabı ilə mərhələ adladı. Niderlandda keçirilən ilk qarşılaşma Feyenoordun 2-1 hesablı qələbəsi ilə başa çatmışdı.

Fenerbahçe pley-off mərhələsində Benfika ilə qarşılaşacaq.

Məqalədə: #Fenerbahçe #Çempionlar Liqası #çempionluq #Benfika #UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi #UEFA Çempionlar Liqası #Feyenoord

Mövzu üzrə digər xəbərlər

"Sabah" Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandı
Cəmiyyət

"Sabah" Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandı

25 Avqust 23:32
"Nyukasl Yunayted"in baş məşqçisi Eddi Hau vəzifəsindən ayrılıb
ArabSport

"Nyukasl Yunayted"in baş məşqçisi Eddi Hau vəzifəsindən ayrılıb

31 İyul 19:58
Arda Gülər mövsümün ən yaxşı çıxış edən futbolçusu seçilib
ArabSport

Arda Gülər mövsümün ən yaxşı çıxış edən futbolçusu seçilib

31 May 22:39
Dünyanın gözü Budapeştdə - Çempionlar Liqasının qalibi bu gün müəyyənləşir
ArabSport

Dünyanın gözü Budapeştdə - Çempionlar Liqasının qalibi bu gün müəyyənləşir

30 May 09:46

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.