11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

"Sabah" Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandı

“Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb. Azərbaycan çempionu pley-offun cavab oyununda “Hapoel” Beer-Şevanı 5:2 hesabı ilə məğlub edib. İlk qarşılaşmada “Sabah” 1:2 hesabı ilə uduzmuşdu. Bakıdakı görüşün əsas vaxtı Azərbaycan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. İki oyunun nəticəsinə görə hesab 4:4 olduğundan əlavə vaxt oynanılıb. Əlavə vaxtda “Sabah” daha iki qol vurub. Bununla da ümumi hesab 6:4 olub. “Sabah” tarixi nəticə ilə Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib.

25 Avqust 2026 23:32
"Sabah" Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandı

BAKI,VOA

Bu gün UEFA Çempionlar Liqasında təsnifat mərhələsinin pley-offunda cavab görüşləri keçirilir.

Azərbaycan çempionu “Sabah” Bakıda İsrailin “Hapoel” (Beer-Şeva) klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda əsas vaxt 3:2 hesabı ilə bitib. Ümumi hesab 4:4 olduğundan oyunda əlavə vaxt oynanılıb. Burada isə daha 2 qol vuran təmsilçimiz tarix yazaraq Çempionlar Liqasında Liqa mərhələsinə vəsiqə qazanıb.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu

20:45. “Sabah” – “Hapoel” (Beer-Şeva) 5:2

Qollar: Nvaçukvu 38, Umarali Raxmonəliyev, 74 , T.Mütəllimov,90+4, Mbina, 101, Coy-Lens Mikels,115, - İqor Zlatanoviç, 10, Mizrahi, 61
İlk oyun – 1:2.

xxx

22:59

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında cavab oyununda əlavə vaxt oynanılacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün əsas vaxtı komandamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. 90+4-cü dəqiqədə Tellur Mütəllimov qol vurub.

Beləliklə, ilk görüşdə rəqib 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxt oynanılacaq.

xxx

22:34

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında cavab oyununda dördüncü qol vurulub.

Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 74-cü dəqiqəsində Sabah"dan Umarali Raxmonaliyev fərqlənib - 2:2.

xxx

21:59

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında cavab oyununda ikinci hissə başlayıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün ilk yarısından sonra hesab bərabərdir - 1:1.

xxx

21:46

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında cavab oyununda ilk hissə başa çatıb.

Komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün fəsiləsinə qollu heç-heçə ilə yollanıb - 1:1.

Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edir.

Qeyd edək ki, səfərdə baş tutan ilk oyunda “Sabah” “Hapoel”ə 1:2 hesabı ilə məğlub olub.

xxx

20:58

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah” – İsrailin “Hapoel” (Beer-Şeva) qarşılaşmasının cavab matçına start verilib.

Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun saat 20:45-də başlayıb.

Matçın baş hakimi rumıniyalı FIFA referisi İştvan Kovaçdır.

Xatırladaq ki, komandalar arasında ilk görüş İsraildə keçirilib və “Sabah” həmin matçda rəqibinə 1:2 hesabı ilə uduzub.

xxx

20:18

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin bu gün keçiriləcək “Sabah” – “Hapoel” (Beer-Şeva) matçında komandaların start heyətləri müəyyənləşib.

“Hapoel” meydana Ofir Marsiano, Pedro Amator, İtay Rotman, Migel Vitor, Qay Mizrahi, Eliel Perets, Lukas Ventura, Niv Yehoşuha, Zahi Ahmad, Ceyvon İst və İqor Zlatanoviçdən ibarət heyətlə çıxacaq.

Baş məşqçi: Ran Kojux.

“Sabah”ın start heyətində isə Stas Pokatilov, Stiv Solve, Rəhman Daşdəmirov, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepinitsa, Umarali Raxmonaliyev, Aleksey İsayev, Velko Simiç, Ksander Severina və Coy-Lens Mikels yer alacaq.

Baş məşqçi: Valdas Dambrauskas.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşmanın start fiti saat 20:45-də səslənəcək. Tərəflər arasında ilk görüşdə “Hapoel” 2:1 hesabı ilə qalib gəlib.

Məqalədə: #Azərbaycan #Tofiq Bəhramov adına Respublika Stadionu #Sabah #UEFA Çempionlar Liqası #Azərbaycan futbolu #Hapoel Beer-Şeva #Umarali Raxmonəliyev #Tellur Mütəllimov #Coy-Lens Mikels

Mövzu üzrə digər xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

12:43
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41

Son Xəbərlər

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
16:21
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
15:44
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
13:58
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
13:50
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.