"Sabah" Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandı
“Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb. Azərbaycan çempionu pley-offun cavab oyununda “Hapoel” Beer-Şevanı 5:2 hesabı ilə məğlub edib. İlk qarşılaşmada “Sabah” 1:2 hesabı ilə uduzmuşdu. Bakıdakı görüşün əsas vaxtı Azərbaycan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. İki oyunun nəticəsinə görə hesab 4:4 olduğundan əlavə vaxt oynanılıb. Əlavə vaxtda “Sabah” daha iki qol vurub. Bununla da ümumi hesab 6:4 olub. “Sabah” tarixi nəticə ilə Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib.
Ayxan Abbasov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
AFFA prezidenti Rövşən Nəcəf bu gün A milli komandanın yeni baş məşqçisi Ayxan Abbasovla görüş keçirib. Rövşən Nəcəf bildirib ki, Ayxan Abbasovun rəhbərliyi altında yığmanın qarşıdakı oyunları uğurla keçirməsi üçün AFFA rəhbərliyi tam dəstək göstərəcək. O, komanda və məşqçi heyətinə növbəti görüşlərdə uğurlar arzulayıb.