8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Liverpul Çempionlar Liqasında Real Madridi Enfielddə qəbul edə bilməyəcək

UEFA-nın yeni tətbiq etdiyi qaydaya əsasən, Liverpul gələn mövsüm Çempionlar Liqasında Real Madridi evdə qəbul edə bilməyəcək. Qaydaya görə, eyni komandalar üç mövsüm ardıcıl olaraq turnirdə qarşılaşarsa, eyni stadionda eyni ev sahibi təkrarən seçilə bilməz.

30 Avqust 2025 17:48
Liverpul Çempionlar Liqasında Real Madridi Enfielddə qəbul edə bilməyəcək

BAKI,AzerVoice, Fərid Mikayılov

UEFA-nın yeni tətbiq etdiyi qaydaya əsasən, Liverpul gələn mövsüm Çempionlar Liqasında Real Madridi evdə qəbul edə bilməyəcək.

AzerVoice xəbər verir ki, qaydaya görə, eyni komandalar üç mövsüm ardıcıl olaraq turnirdə qarşılaşarsa, eyni stadionda eyni ev sahibi təkrarən seçilə bilməz.

Bu, Liverpul və Real Madrid üçün də keçərlidir. Liverpul ötən mövsüm Enfielddə Madrid klubunu 2:0 hesabı ilə məğlub etmişdi, bu mövsüm isə yenidən İngiltərədə qarşılaşacaqlar.

Beləliklə, 2026/27 mövsümündə tərəflər yenidən üz-üzə gəlsələr, ev sahibi statusu dəyişəcək və Real Madrid rəqibini Santyaqo Bernabeuda qəbul edəcək.

Qeyd edək ki, indiyədək Çempionlar Liqasında iki komanda 12 dəfə üz-üzə gəlib. Bu görüşlərin 7-də Madrid təmsilçisi qalib gəlib, 4-də Liverpul qələbə qazanıb, 1 oyun isə heç-heçə başa çatıb.

Hazırkı mövsümdə Premyer Liqanın çempionu Arne Slotun komandası ilə Xabi Alonsonun rəhbərlik etdiyi Real Madrid arasında qarşılaşma 4 noyabr tarixində Anfildə keçiriləcək.

Məqalədə: #İspaniya #İngiltərə #UEFA #Çempionlar Liqası #Real Madrid #Liverpool #Arne Slot #İngiltərə Premyer Liqası #İspaniya La Liqası #Xabi Alonso

Mövzu üzrə digər xəbərlər

Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
Mərakeş

Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib

6 Sentyabr 10:00
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
Digər Dövlətlər

İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib

4 Sentyabr 18:45
Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib
ArabSport

Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib

3 Sentyabr 22:15
İspaniyada Seuta miqrasiya böhranına görə kütləvi etirazlar keçirilib
Digər Dövlətlər

İspaniyada Seuta miqrasiya böhranına görə kütləvi etirazlar keçirilib

3 Sentyabr 12:37

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.