6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Harri Keyn Levandovskinin Bundesliqa rekordunu qıra bilər

Cari mövsümdə Bundesliqada 14 oyunda 18 qol vuran Harri Keyn, Bavariyanın keçmiş hücumçusu Levandovskinin 2020/21 mövsümündə müəyyən etdiyi 41 qolluq rekordu geridə qoymağa real namizəd kimi dəyərləndirilir. 32 yaşlı futbolçunun hazırkı qol ortalaması mövsümün sonunda onu 43–44 qol həddinə çatdıra bilər.

16 Dekabr 2025 11:57
Harri Keyn Levandovskinin Bundesliqa rekordunu qıra bilər

BAKI,AzerVoice, Fərid Mikayılov

Bavariya klubunun əfsanəsi Mario Basler İngiltərə millisinin kapitanı Harri Keynin Bundesliqada bir mövsümdə vurulan qollar üzrə Robert Levandovskinin rekordunu qıra biləcəyini bildirib.

AzerVoice xəbər verir ki, Keynin cari mövsümdə göstərdiyi yüksək məhsuldarlıq Almaniya futbol ictimaiyyətində bu ehtimalla bağlı ciddi müzakirə və narahatlıq yaradıb.

Cari mövsümdə Bundesliqada 14 oyunda 18 qol vuran Harri Keyn, Bavariyanın keçmiş hücumçusu Levandovskinin 2020/21 mövsümündə müəyyən etdiyi 41 qolluq rekordu geridə qoymağa real namizəd kimi dəyərləndirilir. 32 yaşlı futbolçunun hazırkı qol ortalaması mövsümün sonunda onu 43–44 qol həddinə çatdıra bilər.

Harri Keyn 2023-cü ildə Tottenhemdən Bavariyaya transfer olunub. O, Almaniyaya Premyer Liqa klubunun tarixin ən çox qol vuran futbolçusu kimi gəlib və yeni çağırışı qəbul edərək böyük titullar qazanmağı hədəfləyib. Bu məqsədinə 2024/25 mövsümündə Bundesliqa çempionluğu ilə çatıb, ardınca Superkubok zəfəri də yaşayıb.

Hazırda Bavariya Bundesliqada məğlubiyyətsiz liderdir və 38 xalla ikinci yeri doqquz xal qabaqlayır. Keynin bu mövsüm göstərdiyi performans komandanın üstünlüyündə həlledici rol oynayır. Hücumçu ümumilikdə “Bavariya” forması ilə 120 oyunda 114 qol vurub.

Levandovski 41 qolu cəmi 29 oyunda vurmuşdu və həmin mövsümdə Gerd Müllerin uzun illər qorunan rekordunu qırmışdı. Keyn isə artıq bu mövsüm üç het-trik edib və tarixə düşməyə bir addım daha yaxınlaşıb.

Son turda Mayntsla oyunda penalti ilə vurduğu qol Keynin 2025-ci təqvim ilində klub səviyyəsində 50-ci qolu olub. Bu göstəriciyə Bavariyada sonuncu dəfə məhz Levandovski 2021-ci ildə nail olmuşdu.

Harri Keyn Bayern Münhen Bundesliqa qol rekordu Robert Levandovski 41 qol rekord mövsüm Mario Basler açıqlama Keyn müstəsna hücumçu Bayern Bundesliqa lideri qol statistikası Harri Keyn het trik qol ortalaması

harri keyn bundesliqa qol rekordu qıra bilərmi levandovski 41 qol rekordu bayern mario basler harri keyn açıqlaması bundesliqa tarixində ən çox qol mövsümü

Məqalədə: #Almaniya #Bavariya #İngiltərə Premyer Liqası #Bundesliqa #Robert Levandovski #Harri Keyn #Tottenhem #bir mövsümdə ən çox qol

Mövzu üzrə digər xəbərlər

Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Texnologiya

Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb

5 Sentyabr 22:14
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

4 Sentyabr 21:12
Suriya Almaniya şirkətlərinin investisiyalarına hazırdır
Suriya

Suriya Almaniya şirkətlərinin investisiyalarına hazırdır

4 Sentyabr 11:31

Son Xəbərlər

Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.