"Liverpul" Qakponu satmaq niyyətində deyil
"Liverpul" klubu Niderland millisinin hücumçusu Kodi Qakponun yay transfer pəncərəsində satılmayacağını açıqlayıb. 2030-cu ilə qədər müqaviləsi olan niderlandlı futbolçunun satışı klubun planlarına daxil deyil. Məlumata görə, "Tottenhem" transfer üçün təxminən 70 milyon funt sterlinq ödəməyə hazır idi. Lakin "Liverpul" rəhbərliyi maliyyə qazancından daha çox komandanın idman məqsədlərinə üstünlük verir.
Serj Qnabri “Tottenhem”ə transfer ola bilər
“Bavariya”nın cinah oyunçusu Serj Qnabri İngiltərənin “Tottenhem” klubuna keçə bilər. Mətbuat əvvəllər London klubunun zədələnmiş Məhəmməd Kudusun yerinə oyunçu axtardığını qeyd etmişdi. Bundan əlavə, hücumçu Brennan Conson bu qış “Kristal Palas”a transfer olunub.
Harri Keyn Levandovskinin Bundesliqa rekordunu qıra bilər
Cari mövsümdə Bundesliqada 14 oyunda 18 qol vuran Harri Keyn, Bavariyanın keçmiş hücumçusu Levandovskinin 2020/21 mövsümündə müəyyən etdiyi 41 qolluq rekordu geridə qoymağa real namizəd kimi dəyərləndirilir. 32 yaşlı futbolçunun hazırkı qol ortalaması mövsümün sonunda onu 43–44 qol həddinə çatdıra bilər.
Son Hın Min MLS-də debüt qolunu vurub
ABŞ MLS liqasının müntəzəm çempionatı çərçivəsində keçirilən oyunda “Dallas” öz meydanında “Los-Anceles”lə 1:1 hesablı heç-heçə edib. “Los-Anceles”in heyətində debüt qolunu cənubi koreyalı hücumçu Son Hın Min vurub.